Bənd 1
Səni heç vaxt itirməkdən qorxmamışdım
“Dünyanı tutub durmalıdır bu adam” – düşünürdüm
Bacı zəng edib ağlayanda, yoxluğunu anlamışdım
Əynim qalın idi, amma yaman üşüyürdüm
O yolu necə sürdüm, o gecə düşür yadıma
Çatmaq istəyirdim yanına ki, eşidim son sözlərini
Amma ki, zaman bizi saldı ayrı bir dəfəlik
Girəndə mən evə, əbədi yummuşdun sən gözlərini
İndi vecimə deyil qafiyələr, ya da üslub
Yoxluğun diqtə edir yazdığım bu sətirləri
Heç bilirsən, sən gedəndən mamamız gül tək solub
Amma ki, güllərin də heç vaxt itmir ətirləri
Hər küləkdə, hər yağışda düşürsən sən yadımıza
Biz isti otaqlarda sən isə soyuq torpaq altda
Boğur qəhər anlayanda bu treki dinləməyəcəksən
Bu arada Sofiya da, Ramiz babanı çıxarmır yaddan
Nəqarat
Geriyə gətirmir səni dualar da
Sən indi hardasa uzaqlarda
Səsimiz eşidirsənmi görəsən!?
Eşidirsənsə işarə ver oralardan
Geriyə gətirmir səni dualar da
Sən indi hardasa uzaqlarda
Səsimiz eşidirsənmi görəsən!?
Eşidirsənsə işarə ver oralardan
Bənd 2
Yadıma düşür, birgə uzanıb tavana baxmağımız
Hamının atası ata, mənim atam isə hər vəziyyətdə dost
Böyük zövq idi səninlə bu cür danışmağımız
Müzakirələr, kitablardan, musiqidən və yaxud HOST
Deyərdin, “qazandıqların hədiyyədir, onların qədrini bil
Bu həyatda bir məcburiyyətin var, o da ki, ailən”
Bu gün, sənin yoxluğundan keçir artıq yarım il
Sən getmisən, amma möhkəmdir bizimçün qurduğun aləm
Haqqında danışmaq çətindir keçmiş zamanda
Sağalmayan yara yoxdur, hər şey sağalır zamanla
Görməyi sən öyrətmisən, hətta müsbət yamanda
İndi təbəssüm gətirir xatirən, sənli o anlar
O qədər hisslər var ki, sözlərdən aşıb keçər
Anlaşılmazdır zaman niyə insanları ayrı salır ki!?
Sənin yerini qoxunu sözünü axı nə əvəz edər!?
Ruhunun şadlığın diləməkdən başqa nə qalır ki!?
Nəqarat
Geriyə gətirmir səni dualar da
Sən indi hardasa uzaqlarda
Səsimiz eşidirsənmi görəsən!?
Eşidirsənsə işarə ver oralardan
Skit
(Ramiz İsaqovun oğluna whatsapp audio mesajı)
Pərviz, sənə mənə qurban olum… Bilirsən ki, papa səni nə qədər istəyir, qurban olsun sənə ata!? Allah sənə ömür versin, can sağlığı versin… Sofişivi elə böyüdəsən ki, ürəyin necə istəyir, elə bir bala alınsın… bütün nəslimizin üz ağı olsun, ata qurban olsun
Nəqarat
Geriyə gətirmir səni dualar da
Sən indi hardasa uzaqlarda
Səsimiz eşidirsənmi görəsən!?
Eşidirsənsə…