“Özümə” nəğməsi alleqorik mənada yazılıb və qəhrəmanın özünün özünə dönüşündən bəhs edir. Buradakı MƏN sadəcə insanın özü deyil, həm də xalqların özünüdərki və mədəni, mənəvi irsinə işarədir. Videogörüntüdə olduğu kimi, QQ qalın bir cəngəllikdə dünyanın ucqar bir tayından simvolik evinə – Çənlibelə...
Əgər bütün yollar aparırsa sonsuzluğa, uçurumlar dibinə
Mən qayıdıram geriyə
Əgər “gələcək” dedikləri gətirəcəksə özü ilə bir xeyir, iki şər
Mən qayıdıram keçmişə
Əgər dəvət elədikləri “yeni cəsur dünya”da biz kölgə və özgə
Mən qayıdıram evimə
Əgər yalan və qorxu ilə toxunmuş təbəssümü tikəcəklərsə üzümə
Mən qayıdıram özümə
Mən dönürəm özümə, özümə
Mən dönürəm düzümə, düzümə
Çıxaram Çənlibelimin izinə
Ben dönerim özüme, özüme
Ben dönerim yüzüme, sözüme
Giderim doğrularımın peşine
Əgər kəlimələrinin anlamı qarışıq, yarı düz, yarı yalan “yenisöyləm”
Qayıdıram ana dilimə
Dəyər verdikləri xarici görünüş, var-dövlət, əlvan əlbisələr
Bürünürəm sümüyümə, dərimə
Əgər qaldırdıqları uca zirvədə alçaq adamlar, əcaib cinlər
Diyarından enirəm düzümə
Əgər zəngin birliklərinə qoşulmağın əvəzi itirilmiş mənliklər
Lazım deyil, mən yetərəm özümə
Mən dönürəm özümə, özümə
Mən dönürəm düzümə, düzümə
Çıxaram Çənlibelimin izinə
Ben dönerim özüme, özüme
Ben dönerim yüzüme, sözüme
Giderim doğrularımın peşine
Mən qayıdıram özümə
Yalanlardan doğruma, düzümə
Çıxaram Çənlibelimin izinə