[Nəqərat: Erenium]
Gəlmişəm özümə mən
İtirdim başımı
Unutdum adımı
Gəlmişəm özümə, hə
Tanıdım hamını
Soruşma halımı
Gəlmişəm özümə mən
Gedəcəm özüm hələ
Özümdəyəm (özümə mən)
Gəlmişəm özümə mən
Özümdəyəm
[Bənd 1: Erenium]
Düzülüb yoluma dollar
Gəlmişəm, qapalı yollar
Hər bir daş oturur öz yerinə
Hələlik tanımır onlar
Getmişdim, aralı qayıdıram
Özüm üçün yaşayıb yaradıram
Vururam hər hədəfi gözündən
Sağalan yaranı qanadıram
Düşüb indi işim öz yoluna
Pul ,nə də qız deyil marağıma
Bilmədən edirlər nəyisə səhv
Dəymirlər heç bircə manatıma
Çəkilin qırağa, gəlirəm, ey
Bilənlər bilirlər, dəliyəm, ey
Qaçıram, özüm üçün yaşayıram
Nə nəsə qarışıq, nə də bir eyib
[Nəqərat: Erenium]
Gəlmişəm özümə mən
İtirdim başımı
Unutdum adımı
Gəlmişəm özümə, hə