Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə
Nəğməndə oyansın sellərin səsi
Dan yerindən əsən yellərin səsi
Gülləri qoxlayan bir rüzgar kimi
Qumları oxşayan dalğalar kimi
Titrəyən, çağlayan nəğmən olaydım
Ürəyindən qopan səs mən olaydım
Oxu, qüvvət gəlsin şeirə, sənətə
Könlümün quşunu gətir heyrətə
Nə qədər bənzəyir, vardım fərqinə
Ömrümün ahəngi sənin şərqinə
Ürək kövrəkləşir sən oxuyanda
Sən də dinləsəydin mən oxuyanda
Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə
Oxu, qüvvət gəlsin şeirə, sənətə
Könlümün quşunu gətir heyrətə
Nə qədər bənzəyir, vardım fərqinə
Ömrümün ahəngi sənin şərqinə
Ürək kövrəkləşir sən oxuyanda
Sən də dinləsəydin mən oxuyanda
Oxu, sevdiciyim, öz həvəsinlə
İlham qanadlanır sənin səsinlə
Oxu (Vokaliz) was written by Tünzalə & Mikayıl Müşfiq.
Tünzalə released Oxu (Vokaliz) on Sun Oct 24 2004.