[Ali Khayyam]
O qədər qışqırdılar, dinmədim, susdum,
Elə bildilər, lalam, ağzımdan sözümü oğurladılar.
Əsgərə rahat komandası verdik, yatdıq,
Bilmədik, sərhəddən bayrağımızı oğurladılar.
Başımız qarışdı lüt müğənnilərə,
Şuşadan muğamı oğurladılar.
Allah-Allah deyənləri də gördü bu millət,
Biz səcdədə olanda məsciddən nəzir oğurladılar.
Bəy o qədər içdi öz toyunda, bilmədi nədir namus,
Fürsətdən istifadə xınalı gəlini oğurladılar.
Xəstəxanalarda qanlar da satıldı, getdi,
5-10 manata həkimlərin andını oğurladılar.
Vaxtında silah tutmağa da ərindik,
Gülüstanda Təbrizimi oğurladılar.
Biz bacarmadıq bıçaq fırlatmağı cibimizdə,
Gecə qaranlığında Rafiq Tağını oğurladılar.
Uşaq idim, bilmədim neçə nömrəli xəstəxanadı,
Gözümü qapadım, açdım, arxamdan atamı oğurladılar.
Bədənləri ilə başımı aldatdılar, avamam, inandım,
Ovuclarımın içindən can sevgilimi oğurladılar.
İnan, qardaşım, inan, bu kafir eyni kafir o dövrlə,
Mövlanə, Məsnəvi də uçdu, gecəynən şəmsini oğurladılar.
Hansı ilham, hansı şeir çıxar bu kədərin ən iyrənc halından?
Çaxırımdan sərxoşluğumu, alnımdan yazımı, içimdən səni, əlimdən qələmimi, şeirimdən misramı oğurladılar...
Oğru was written by Ali Khayyam.
Ali Khayyam released Oğru on Tue May 05 2015.