[Bənd 1]
Bu dəniz unudub dərdi-sərini
Köksündə həsrətim batar, baş vurar
Alıb əllərimdən ümidlərimi
Çırpar qayalara, çırpar daşlara
[Nəqərat]
O qayıq sahilə qayıtmaz daha
O qayıq sahilə qayıtmaz daha
O qayıq sahilə qayıtmaz daha
O qayıq sahilə qayıtmaz daha
[Bənd 2]
Çətin, bu məhəbbət ola dayağım
Vüsalı mürgülü yatıb qalıbdır
Sənin sevgi gəmin, sevgi qayığın
Mənim gözlərimdə batıb qalıbdır
[Nəqərat]
O qayıq sahilə qayıtmaz daha
O qayıq sahilə qayıtmaz daha
O qayıq sahilə qayıtmaz daha
O qayıq sahilə qayıtmaz daha
[Bənd 3]
Sənsizəm, özümdə bir heçəm, demə
Tənhalıq alnıma yazılıb mənim
Qoşulub ayrılıq, həsrət köçünə
Gəzər dənizləri ümid yelkənim
[Nəqərat]
O qayıq sahilə qayıtmaz daha
O qayıq sahilə qayıtmaz daha
O qayıq sahilə qayıtmaz daha
O qayıq sahilə qayıtmaz daha
O Qayıq was written by Hatəm Nəbioğlu & Elçin Mirzəbəyli.
Hatəm Nəbioğlu released O Qayıq on Wed Apr 14 2021.