I
Çox istədim səni,ağlımdan çıxarım
Tapsaydım deyəcəkdim ağzımdan çıxanı
Sevgim sənə ağrıynan çoxalıb
Sən istə,ürəyimi verim ağzımdan çıxarıb
Sal yadıva,deməki yada salaram
Sən yaxına sağol,mən yada salamam
Narahat olma uzaq başı içkiliyəm mən
Yat,məni düşünmə qadan alaram
Əvvəl adımız yan-yana çəkilirdi
İndi eyni cümlədə,bir işlənmir
Mesaj gözdüyürəm bildiriş gəlmir
Sənnən min işim var,əlimdən bir iş gəlmir
Bir gün qəlbim yaralı-yaralı döyülsün
Yoxluğun xəbərsiz,yaramı böyütsün
Desəm içimdə sənə qarşı kin böyütdüm
Deyərsən analı-atalı böyüsün
Bəzən qələmimsən,bəzən vərəq kimisən
Bəzən şeytansan,bəzən mələk kimisən
Bəzən cılız pəri,bəzən nəhəng kimisən
Toyumuzda gülsən
Yasımda çələng kimisən
Epi susmaq istiyir,fikrimdən cayıb yazır
Bunu uşaqlıqdan istədiyin cayıl yazır
Çiyinlərimdəki mələyləri bilmirəm amma
Ürəyim gəlmədiyin hər gün üçün qayıb yazır
Mən səni bu məktəbdə sevdim
Səni bu məktəbdə sevdi
Səninlə bir yerdə olub baş tacım edəcəydim
Mən səni bu məqsədlə sevdim
Ağciyər həkimim paçka istiyir
Diyir sıxılmışam astav hoqqasından
Həkimi başa düşdüm
Amma səni yox
Gözlüyürəm səni ölümün avtanovkasında
Həyat dərsi boşdu,tərsdən açanlara
Biz oxşuyuruq dərsdən qaçanlara
İstəmədən incidərəm,qəsdən bacarmaram
Mən sənnən qaçaram,sənnən qaçammaram
Sonu sevgi deyil,sonu ölüm deyil
Biz bütün sərhədlərin önündeyik
Sən getdin sevgimizlə,elə o gün deyil
(Bax o gün bu gündür
Bu gün o gün deyil.)
II
Məktəbin kolidorları ağlıma sən gəlirsən
Ağlıma kolidorlar gəlir,amma sən gəlirsən?
Gəlmirsən
Çünki eşq tənbəlimsən
Salmıyıb tənbəlliyivə,çıxdın çənbərimdən
Bizdən gedən nədir? səndən gələn nədir?
Sevgidə qədər nədir? lazımsız kədər nədir?
Önümə gəlib suallarıma cavab belə verənmədin
Ölümə gələrəm dedin,önümə belə gələnmədin
Ölüb getmək,bu örnəyə bərbaddı
Ruhum ölüb,ruh dönməyə əl atmır
Sənə zəng vururam,bu nömrəyə zəng çatmır
O xanım bilmir ki,bu ölməyə rəng qatmır
Deyirdim biz kimik? saxlıyır içkini
İçimdə uğulduyur bərk yağışın çiskini
Saymadın,unutmağa çalışırdım cismini
Tulluya bilmirdim,içkini gic kimi
Gözləmirdin,qapını sərt güzgüyə açdın
Mən sənlə yaxşı,sənsizliyə qaçqın
Səni gözləyərkən mənsizliyə qaçdın
Mənsizliyə bir qaçardıq,mənsiz niyə qaçdın?
Səni mən adam,sayıb,yerə cızsam
Gülsəm fikrindən,cayıb,yenə sussam
Məni qayıt aya,qayıt yerə qısqan
Düzəldəcəm hərşeyi,qayıt,yekə qızsan
Bu gün doğulmusan gördüm gülürdün
Yaşam torpağındı,ölüm gülündü
Sənin doğum günün mənim ölüm günümdür
(Bu gün o gün deyil
O gün bu gündür)
O Gün Bu gündür was written by Epi.
Epi released O Gün Bu gündür on Sat Apr 15 2017.