[Bənd 1] 𝘒𝘢𝘳𝘢𝘵
Yoxluğun yaman deyindi
Sol tərəfim əskilərmi, yoxsa artır
Əynimi qalın geyindim
Çünki bilirəm indi yoxsan artıq
Adın mahnılardadı, ölməyəcək
Bəlkə də görməyəcək
Boşuna gözləmə qardaş, durma yağışda
(Evinə get) Bugün də gəlməyəcək
..varlığına alışdınmı
Onla görüşdünmü, yoxsa danışdınmı
Ürəyim cingildədi
..Düzünü de, yoxsa darıxdınmı
Soyunub ruhunu, seçər geyinər
Sənin bütün soyuqluğun keçər şeirə
Günaydın. Olarda bir gün görüşə bilmərik
Axşamın xeyir, gecən xeyirə
[Nəqərat 1] Elçin Məhərrəmov
O bilməz onun üçün özümü yox elədim
O bilməz necə sevdim
O bilməz ağlamaqdan gözümü kor elədim
Çox sevdim səhf elədim
[Bənd 2] 𝘒𝘢𝘳𝘢𝘵
Sənə qaçarkən dizim tutmur
..Necəmi? Əlillər kimi
..Ölümçün darıxdım sevgilim
Yaşamaq istərkən dəlilər kimi
..1.2 saat adını unudum deyə
Saqi süz badəyə mənimçün hər mey
..Eləbil bir an öncə bitsin deyə ....yaşanır hərşey
Var oluşum sənin rəsminə bitdi
...Güzgülərdə əksimə itdim
Bizi demişdin ölüm belə ayıra bilməz
Ölməmişdik axı hələ, bəs niyə getdin
Yazılan misranın qafiyəsini unutdum
*Əlvidanın yan təsiri, anla qarışdı beyin
Tərk etsən sonbaharın yağmurunda tərk et
Ağladığımı görən olsa “vallah yağışdır” deyim
[Nəqərat 2] Elçin Məhərrəmov
O bilməz onun üçün özümü yox elədim
O bilməz necə sevdim
O bilməz ağlamaqdan gözümü kor elədim
Çox sevdim səhf elədim
O Bilməz was written by .
Elcin-mhrrmov released O Bilməz on Mon Mar 04 2019.