[Bənd 1]
Yerlə gedir sənin qaş-qabağın
Yenə götürüb tüstü bu otağı
Bütün zənglər qayıdır cavabsız
Var çox sual, var çox sual
Bu həyat heç oynamadı nazınla sənin
Razılaşmır dostların etirazınla sənin
İşlərin gətirmir düz, axtarma səhvi özündə
Qapanma sən, qapanma sən
Bilirsən, əslində necə olur, dostum?
Bir adamı bəyənmirlər, amma tuturlar üstün
Sən hamıdan küsdün, sən əvvəldən düzgün
Amma başa düşmək istəmirsən, əyridir güzgü
Niyə əlini üzdün, de, niyə gülmür üzün?
Həyatında axı görmüsən beləsin yüzün
Düzüm bir-bir qabağına, başlasın öz oynumuz
Yerimiz ayrı olsa da, bizim birdir suyumuz
[Nəqərat]
Mənim üçün nağıl danışma
Görürəm gözlərin alışmır
Çalışma, heç çalışma
Səndə aldatmaq heç alınmır
Mənim üçün nağıl danışma
Görürəm gözlərin alışmır
Çalışma, heç çalışma
Səndə aldatmaq heç alınmır
[Bənd 2]
Mən Bakıda doğulan, sıxlığından boğulan
Havasını misralarda əks etdirən bir oğlan
Sənin hər gün dinlədiyin qəmli mahnılar var
Məndə bir o qədər kəsilməyən ağrılar var
Nə olsun günəş həmin günəşdir, isidir, dəniz həmin
Niyə öz seçdiyin yolunda deyilsən əmin
Yağmasa yağış, göyqurşağı görünməz
Bir də dost sözü hecaya bölünməz
Heç nədən döyünməz bu ürəklər bir nəfəsdə
Hər iki nəfərə bir köynək, olmur qismət hər kəsə
Hey, nə isə gözümə gəlirsən bir təhər
Darıxma, dostum, hər çətinlik bitər
Çəkdiyin əziyyətin bəhrəsini görərsən
Biz çıxardacağıq əvəzini, görərsən
Yüz qat, yüz taxt, Yusqa, buz qat
Arzuların düz yanındadır, əlini uzat
[Nəqərat]
Mənim üçün nağıl danışma
Görürəm gözlərin alışmır
Çalışma, heç çalışma
Səndə aldatmaq heç alınmır
Mənim üçün nağıl danışma
Görürəm gözlərin alışmır
Çalışma, heç çalışma
Səndə aldatmaq heç alınmır
Nağıl Danışma was written by Diamond Style & Miri Yusif & L-Mir.
Miri Yusif released Nağıl Danışma on Sat Feb 18 2017.