Müəllim (2023) by Gülyanaq Məmmədova
Müəllim (2023) by Gülyanaq Məmmədova

Müəllim (2023)

Gulyanaq-mmmdova

The music player is only available for users with at least 1,000 points.

Download "Müəllim (2023)"

Müəllim (2023) by Gülyanaq Məmmədova

Release Date
Mon Oct 23 2023
Performed by
Gulyanaq-mmmdova

Müəllim (2023) Lyrics

[Bənd 1]
Kamillik izində, sorağındadır
Mələklik siması yanağındadır
İlahi vergisi varlığındadır
Müqəddəs işinə kölədir müəllim
İlahi vergisi varlığındadır
Müqəddəs işinə kölədir müəllim...

[Nəqərat]
Məktəbdir, təhsildir dövləti, varı
Bağbandır, elmdir meyvəsi, barı
O sirli dünyadır, xocadır adı
Elinə, yurduna şölədir müəllim

[Bənd 2]
Dünyanın yükünü daşıyanların
Vətənə can verən qəhrəmanların
Amalı düz olan mərd insanların
Nurlu gözlərində jalədir müəllim
Amalı düz olan mərd insanların
Nurlu gözlərində jalədir müəllim...

[Nəqərat]
Məktəbdir, təhsildir dövləti, varı
Bağbandır, elmdir meyvəsi, barı
O sirli dünyadır, xocadır adı
Elinə, yurduna şölədir müəllim

[Bənd 3]
Ürəyi genişdir asiman kimi
Baxışı işıqdır Günəş, Ay kimi
Ədəb məclisində buket, pay kimi
Çiçəklər qoynunda lalədir müəllim

Qələmə yaraşıq, sözə yaraşıq
Vəfalıdır əhdə, düzə yaraşıq
Cəmiyyət içində gözə yaraşır
Yaradan yaradıb, böylədir müəllim...

[Nəqərat]
Məktəbdir, təhsildir dövləti, varı
Bağbandır, elmdir meyvəsi, barı
O sirli dünyadır, xocadır adı
Elinə, yurduna şölədir müəllim

Məktəbdir, təhsildir dövləti, varı
Bağbandır, elmdir meyvəsi, barı
O sirli dünyadır, xocadır adı
Elinə, yurduna şölədir müəllim

[Çıxış]
Elinə, yurduna şölədir müəllim...

Müəllim (2023) Q&A

Who wrote Müəllim (2023)'s ?

Müəllim (2023) was written by İqbal Ağayev.

When did Gulyanaq-mmmdova release Müəllim (2023)?

Gulyanaq-mmmdova released Müəllim (2023) on Mon Oct 23 2023.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com