[Giriş]
Alo, Alo
Alo, Alo
Alo, Alo
[1-ci hissə]
Mən pisləri tanımıram
Tanıyıramsa, deməli, pisləmədiklərimdir
Və istədiyimi alıram
Almıramsa, yəqin istəmədiklərimdir, ah!
Dəli divanə dahi gələr, miladda mən
Və çarmıxa məftun rahibələr
Sarışın sarı gəlin sarı gələr
Yuxudan vahimələr kimi uzanan saniyələr
Sınan nahiyələr xatiratı akrobatın
Bəxti düz gətirməyən kəllədə çakra batır
Kəlləyi balqabağın kəllə qatı
İmza atır vəsvəsəyə şeytanın advokatı
Hey, hey, hey!
Heyvanıq biz, fil dişindən fil heykəli düzəldən heyvanıq biz
(Evində qırmızı kitaba düşən müqəvvalar)
Heyvanı qorumaqdan danışırdız, ey xanım, siz, wow!
Sizə heyranıq biz
Amma siz aranı qatanlar (həmkarıdır) iblisin həmkarıdır
(Fəhlənin alın tərinə haram qatanlar)
[Nəqarət]
Pisləri tanımıram
Tanıyıramsa, deməli, pisləmədiklərimdir
Və istədiyimi alıram
Almıramsa, yəqin istəmədiklərimdir, ah!
Mən pisləri tanımıram
Tanıyıramsa, deməli, pisləmədiklərimdir
Və istədiyimi alıram
Almıramsa, yəqin istəmədiklərimdir
[2-ci hissə]
Gəlməsə SSRİ, gəlsə SS
Rep yenə "генсек", ЦК КПСС
Sətirlərim seysmik zonadır Tokyo kimi
Old School bərk, dözümlü Nokia kimi
(Alo, Okaber, de kimdən yazım?)
De kimdən yazım, sağ əli qanqrena olan avam xəstənin
Səhvən çaşıb sol ayağını kəsən həkimdən yazım
Ziyan gəlir zaman-zaman faydalardan
Zaman zaman olmur, aman qaydalardan
Ölür ömür, dönür kömürə, sönür, gömülür
Arzular əriyir falqalarda
Bilmir axmaq adamlar
Böyük poetlər boğulur balaca çayxanalarda
Nəzər salma, nəzəriyyəmə nəzər yetir
Cibində rüşvətdən qutulara nəzir gətirir
Daima əzər yetimi
Başqası başqalarına başqa cür xətər yetirir
[Nəqarət]
Mən pisləri tanımıram
Tanıyıramsa, deməli, pisləmədiklərimdir
Və istədiyimi alıram
Almıramsa, yəqin istəmədiklərimdir, ah!
Mən pisləri tanımıram
Tanıyıramsa, deməli, pisləmədiklərimdir
Və istədiyimi alıram
Almıramsa, yəqin istəmədiklərimdir
[Çıxış]
Big Mad Wolf, ya!
Rap Out Clan!
Milad was written by Okaber.
Milad was produced by Nadir Negd Pul.