This song blends hip-hop, and pop music while exploring the concept of blame being passed back and forth by partners in a relationship after infidelity has taken place.
[Bənd 1: Brilliant Dadaşova]
Yenə göy üzünü buludlar alıb
Eşqim öləcək yağışda
Bu yağış qəlbimin istehsalı
Bağışla, gözəlim, bağışla (x2)
[Nəqərat]
Mən səni sevirəm
Bu sözü sənə çoxdan demək istəyirəm
Mən səni sevirəm, səni sevirəm
İlk dəfə bunu söyləyirəm (x2)
[Bənd 2: Anar Nağılbaz]
Sən ərdəsən
Mən göydə, sən yerdəsən
Salmısan məni dərdə sən
Özün də dərddəsən
Çünki, sevirsən məni
Ərindən xəbərsiz
Sən pissən ya mən pis?
Onu bilmirəm
Tək onu bilirəm ki
Bu gün səni gözləyirəm
Səbrsiz, səbrsiz
Səsinlə, nəfəsinlə
Mənə yar olmusan
Sənətə eşq verib, sənətinə eşq tapan sənətkar olmusan
Sən olmusan
Bir də bir qutu siqaret
Mənə yar olmusan
Səhərə qədər tet-a-tet arzular olmusan
Bunlar köhnə nəğmələr
Vaxt dəyişib, baxt dəyişib
Xoş gəlmisən nəğməmə
İkimiz bir dəfə
Bir dənə, bir nəğmə
Bu nəğməni bir yerdə
Bir körpə kimi gətirdi
Bu dünyaya
Töhvə kimi yetirdi
Hələ nəqarəti "sevirəm"lə başladı
Hər bir fikirmizi sətirlərlə bitirdik
Oxu, tərif elə, gözəl xanım
Gözəllərin tərifi gəzər xanım
Bu nəğməni yanğısı ilə bəzər xanım
Ömürü-günü nəğmələr xanım
[Nəqərat]
Mən səni sevirəm
Bu sözü sənə çoxdan demək istəyirəm
Mən səni sevirəm, səni sevirəm
İlk dəfə bunu söyləyirəm (x2)
[Bənd 3: Anar Nağılbaz]
Oxu sözlərimi, bax gözlərimə
Bu qəlbdə nə qədər intim duyğular var sənə
Yaxın dur mənə
Öldür məni baş qoşduğuma
Ölürəm sənin üçün, "sevirəm" de
Bir də deginən:
[Bənd 4: Brilliant Dadaşova]
Səni sevirəm
[Bənd 5: Anar Nağılbaz]
Bir də de, birdə de mənə
[Bənd 6: Brilliant Dadaşova]
Səni sevirəm
[Bənd 7: Anar Nağılbaz]
Bir də de
Oxu, gözəl xanım: "Mən səni sevirəm"
[Bənd 8: Brilliant Dadaşova]
Səni sevirəm
[Nəqərat]
Mən səni sevirəm
Bu sözü sənə çoxdan demək istəyirəm
Mən səni sevirəm, səni sevirəm
İlk dəfə bunu söyləyirəm (x4)
[Outro: Brilliant Dadaşova]
Səni sevirəm
Mən səni sevirəm was written by Anar Nağılbaz.
Anar Nağılbaz released Mən səni sevirəm on Mon Jan 01 2001.