[Nəqərat] [Elli]
Mənə görə gözlərindən axsın bir yaş damlası
Qoy göyqurşağı kimi, əlvan rənglər oynasın
Bu qəlb oyunu, dadı minillik şərabdan acı
Olsa da, yada sal məni, nə bilərdik alınmasın
[Bənd 1] [Elli]
Sənə görə üz-göz olmağım...
Səbəbdirmi dünyayla?
Bu oyunda qalib qalmağın
Ondan mənə nə fayda?
Günlərdir gücsüz olmağım...
Ayıldım vaxtında
Sən sanki padşahla günah
Çox qalma taxtında
[Nəqərat] [İlkin Hüseynov]
Mənə görə gözlərindən axsın bir yaş damlası
Qoy göyqurşağı kimi, əlvan rənglər oynasın
Bu qəlb oyunu, dadı minillik şərabdan acı
Olsa da, yada sal məni, nə bilərdik alınmasın
[Bənd 2] [İlkin Hüseynov]
Hər halda eyni ünvanda
Xəyallar qovuşanda
Gözlərində hüzn var
Gözlərində kədər
Bir anlıq yalanlar
Saxlamır o anda
Dumanlanır beynim
Saxta təbəssümün qədər
Yaddaşında yırğalanır xatirə
Güzgüdə bax qatilə, bunu mənimsə
Öz əksinə nəzər elə, gülümsə
Hər fərqli rəsmində
Bir ümid verər, olmaz olar fasilə
Vur günahlarını, cəmləmə hasilə
Ürəyindəki nifrəti yaşatmaqçün qisas ilə
[Nəqərat] [Elli, İlkin Hüseynov]
Mənə görə gözlərindən axsın bir yaş damlası
Qoy göyqurşağı kimi, əlvan rənglər oynasın
Bu qəlb oyunu, dadı minillik şərabdan acı
Olsa da, yada sal məni, nə bilərdik alınmasın
Mənə görə gözlərindən axsın bir yaş damlası
Qoy göyqurşağı kimi, əlvan rənglər oynasın
Bu qəlb oyunu, dadı minillik şərabdan acı
Olsa da, yada sal məni, nə bilərdik alınmasın
Mənə Görə was written by İlkin Hüseynov.
İlkin Hüseynov released Mənə Görə on Fri Oct 30 2015.