Məhbus by Mc B.u.S & X13əhram
Məhbus by Mc B.u.S & X13əhram

Məhbus

Mc B.u.S

The music player is only available for users with at least 1,000 points.

Download "Məhbus"

Məhbus by Mc B.u.S & X13əhram

Release Date
Fri Nov 14 2025
Performed by
Mc B.u.S

Məhbus Lyrics

[Bənd 1]
Mən sənsizliyin soyuq paytaxtındayam
Küçələri xatirə, binaları həsrət
Burada hər küçə lampası dar ağacıdır
Uşaqlıq xəyallarımı asdığım sərvət

Sənin gedişinlə bir kitab bağlandı
Ən gözəl cümləsi yarımçıq qalan
Mən o cümlənin son nöqtəsiyəm indi
Həm özümdən didərgin, həm sənə yalan

[Nəqərat]
Bu, necə üsyandır, bu, necə həsrət?
Həm səni axtarıb, həm səndən qaçıram
Qəlbim bir məhbusdur, zindanı sənsən
Qapını hər gecə özüm açıram

[Bənd 2]
Necə qəliz oldu bu sevginin sonu
Əvvəl necə şad yaşayardıq?
Həsrətin yaraları lap dərindir
Sən azadsan, mən məhbus
Anlamadan, məni dinləmədən
Gül açarmı, səncə, bu pəncərələr?
Bir xoş sözə möhtac qalıbsa qəlb
Mən dözərəm sənə görə hər zərərə

Və sonra bir şey oldu, dedim, xeyir var hər işdə
Sən demə, xeyir bildiyim ziyanımı üstələyər
Qırıq qanadlı bir quşun ümidi var belimdə
Yazaram məktubumu, aparar göyərçinlər

Əslində belə olmur, tapmamışıq biz bir yolunu
Atmışıq qismətə bir daş, müsibət əskik olmur başımızda
Soruşsan, anılar var, bəhanələr olmasaydı
O küçələr şahid bizə, mən məhbus olmasaydım

Baxma, əlim-qolum bağlı, sevgi cəsarətimdir
Getdin, qaçdın məndən, bu, sənin cəhalətindir
Ürəyimi bağlayan o yarla mənim söhbətim dərin
Mən onu azadlıqda sevdim, məni məhbus eləyir
(Məhbus eləyir)

[Nəqərat]
Bu, necə üsyandır, bu, necə həsrət?
Həm səni axtarıb, həm səndən qaçıram
Qəlbim bir məhbusdur, zindanı sənsən
Qapını hər gecə özüm açıram

Məhbus Q&A

Who wrote Məhbus's ?

Məhbus was written by Mc B.u.S & X13əhram.

When did Mc B.u.S release Məhbus?

Mc B.u.S released Məhbus on Fri Nov 14 2025.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com