Leyla Və Məcnun by Anar Nağılbaz
Leyla Və Məcnun by Anar Nağılbaz

Leyla Və Məcnun

Anar Nağılbaz * Track #11 On Sabah Olmayacaq

Leyla Və Məcnun Lyrics

[Giriş]
Leyla...
Leyla və Məcnun
Leyla...
Leyla və Məcnun

Leyla...
Məcnun...
Leyla...
Məcnun

[Bənd 1]
Odlar ölkəsində bir kişi varmış
Çoxmuş el içində onun şöhrəti
Atadan yadigar - adı Vüqarmış
Var imiş adıtək böyük dövləti

Bir dərdi var imiş dünyada ancaq
Xeyirxahlıq ilə qazanacaq şan
Bütün dövlətinə sahib duracaq
Qocalıb düşəndə əlindən tutan

Bir övlad istərmiş, qeyrətli oğul
Görəndə yanında kül olsun paxıl
Açdı xəzinənin başını bir gün
Qurbanlar kəsdirdi, bişirtdirdi aş

Pulu çatmayana elədi düyün
Qoydu arvadıyla bir yastığa baş
Kasıb ocaqlara bayram olanda
Allaha xoş gedibdir bu iş, bu əməl

Doqquz ay, doqquz gün tamam olanda
Bir oğlan yetirdi mələklər həmən
Verdi atasının adını ona
Sevənləri uşağa Qeysər dedilər

Bir yaşda bənzəri vardı tərlana
Qədəmin qoyanda uçurdu Qeysər

[Nəqərat]
Leyla...
Leyla və Məcnun
Leyla...
Leyla və Məcnun

Leyla...
Məcnun...
Leyla...
Məcnun

[Bənd 2]
Yeddi il həftətək ötüb də keçdi
Qeysərin üzündən öpüb də keçdi
Qeysərin yanında göyçək birisi
Əyləşib dinləyir deyilən dərsi

Adısa Leyladır o qəşəng qızın
Yanağı da dağ laləsi yazın
Gizlincə baxışır Qeysərlə Leyla
Hərdən pıçıldaşır Qeysərlə Leyla

Artır bu istilik keçdikcə zaman
Qeysər Leylayla bağlanır yaman
Şeirlər yazmağa başlayır Qeysər
Ona həsr olunmuş bütün şeirlər

Dost-tanış olmaqdan Qeysərə həmdəm
Ona Məcnun deyib gətirdilər qəm
Leylanın atası eşidib bunu
Kəsdirdi Qeysərin bir gün yolunu

Dedi ki, “gözlərim gəlibdir qana
Bir də yaxın durma mənim Leylama
Hələ ki, xoşluqla deyirəm sənə
Bir xəbər çatmasın yenə də mənə

Özüm bilərəm ki, neyləyərəm
Birbaşa atana söyləyərəm
Atanı tanıyıram, hörmətli insan
Hər yerdə, hər yanda şöhrətli insan

Eşitsə nə deyər, onun tək oğlu
Onun bu gül oğlu, bu çiçək oğlu
Bu yaşda başlayıb eşqbazlığa
Baş qoymaq istəyir qızla yastığa

Gözləri yaşardı, Məcnun dinmədi
Ağzın açıb bir söz deyə bilmədi
Ayıldı maşının gur səsinə o
Qarışdı məktəbli kütləsinə o

Belə görüşməmiş Məcnun yarıyla
Onu yola saldı baxışlarıyla

[Nəqərat]
Leyla...
Leyla və Məcnun
Leyla...
Leyla və Məcnun

[Bənd 3]
Qaranlıq düşübdür gözəl bir axşam
Bakıda nə yaman gözəldir axşam
Leyla çəkilibdir öz otağına
Baxır sevdiyinin yazdıqlarına

Leyla, Leyla, Leyla
Dünyalarca səni sevirəm
Leyla, Leyla, Leyla
Nə yazıq yazılmış həyatımıza qəm

Leyla, Leyla, Leyla
Dünyalarca səni sevirəm
Leyla, Leyla, Leyla
Nə yazıq yazılmış həyatımıza qəm

De bir, yadındadırmı əhd etdiyimiz
Bir olacağımıza vəd etdiyimiz
Yaddan çıxmadısa, ol mənə həmdəm
Bir gənc ... bu dərd-qəm

Qaçaq və gizlənək lap günü sabah
Özü kömək olar bizlərə Allah

Əsas atandır ki, soyusa hirsi
Heç nədə günahkar bilməsə bizi
Daha deyilənə fikir verməsə
Daha beyninə pis fikir girməsə

Onda rahat-rahat dönərik evə
Xoşbəxt yaşayarıq biz, sevə-sevə
Xoşbəxt yaşayarıq biz, sevə-sevə

[Nəqərat]
Leyla...
Leyla və Məcnun
Leyla...
Leyla və Məcnun

Leyla Və Məcnun Q&A

Who wrote Leyla Və Məcnun's ?

Leyla Və Məcnun was written by Anar Nağılbaz.

When did Anar Nağılbaz release Leyla Və Məcnun?

Anar Nağılbaz released Leyla Və Məcnun on Wed Jan 01 1997.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com