Kor Zabit by Uran
Kor Zabit by Uran

Kor Zabit

Uran * Track #6 On Hörmətlə, Uran

Kor Zabit Lyrics

Dəniz kənarı park bulvar
Burada boş skameykalar
Uşaqlar üçün yelləncək
Gənclər üçün əyləncə yerləri var
Bəziləri burada istirahət edər
Bəziləri oturub xəyala dalar
Xatirələrlə qalar

Budur ..
Hərbi mundir ay para ulduzlu paqon taxmış
Ağsaqqal kobud əlləri qırış furaşka naxış
Döyüş görmüş bir zabit əyləşir
Yanında oğlu
Əlindən tutub onlar boş skameykada oturub

Ata oğluna nə isə danışır nə isə başa salır
Oğul diqqətlə dinləyir fəxr edir, nümunə alır
Zabit atanın soyuq nəzəri bir nöqtəyə dikilib
Elə bil müharibə onun hissiyatını üzündən silib

O çox şeyi bilir
Amma oğluna hələ az öyrədir
Ata oğul durub əl-ələ tutub evlərinə gedir
Evdə oğul ataya formanı çıxarmağa kömək edir
Düz deyiblər yaxşı oğul ataya qardaş yerindədir

Ağsaqqal zabit əlində papiros önündə külqabı
Qıraqda padnos soyuq gözləri eyni yerə baxır
Arada sol əli əsir
Kantuziya beyini sıxır
Doyusler seger fantaziya realliqla axir

Amma bir şey var ki, o görmür otaqdakı işığı
O görmür gözümüzü aldadan natəmiz yaraşığı
O görmür sevgini, niftəri, yox, o deyil nankor
Sadəcə qoca polkovnik gözlərin itirib olub kor

Kor zabit, onun gözlərini onun torpağı alıb
Kor zabit, narahatdır çünki hələ qisas qalıb
Kor zabit, müdrikdir inanır vaxt gələcək
Kor gözləri, torpaqlar qayıdandan sonra görəcək

93 cu illər, döyüşlər, Ağdam
Axıdılan bir qram qan
Bir parça torpaq deməkdir
Bunu döyüşən hər adam yaxşı başa düşər
Müharibə meydanında, adətən
Ölüm və həyat mələkləri görüşər

Qanlı döyüşlərin birində
Partlayan mərmidən qopan qəlpədən
Biri bu zabiti edir kor
O fikirləşir, ya gör, ya da bele yaşamaq olmaz
Göz azadlıqdır, qanadsız quş havada qalmaz

Hərbi hospital, 1 saat cərrahiyyə əməlliyatı
İnsan mənəviyyatı, insan iradəsi
Bu əməliyyatın hər dəqiqəsi
İşıqla qaranlığın mübarizəsi
İnsanlar ölümün nuru qayıtmır zabit gözünün

Qayıdır ürəyi, həyat enerjisi çox şükür
Cərrah həkim bunu etmək üçün
Yaman tər tökür
Amma tale, adətən, döyüşdə çox qəddar
Zabit çıxır hospitaldan, əldə əsas ona həmkar

Çox həkim ümid verir
Çox həkim deyir: "O, görəcək"
Hamı fikirləşir: "Zabit sevinəcək"
Bunları eşidib

Düzdür, dövlət ona verib
Təltiflər və medallar
Zabitə isə lazımdır
Gözünü alan torpaqlar
Satqınçılıqla verilən yerlər
Mənfəətlə birləşən göylər
Alçaqlıq, ikiüzlülük
Bunlar qalacaq kor zabitin yaddaşında ömürlük
Biz insanlar bəzən görərək
Ürəyimiz döyünərək yaşamırıq, ölürük

Kor zabit onun gözlərini onun torpağı alıb
Kor zabit narahatdır, çünki hələ qisas qalıb
Kor zabit müdrikdir, inanır vaxt gələcək
Kor gözləri torpaqlar qayıdandan sonra görəcək

Bir gun oğul nəsə deyir zabit atasına
Dediyi sözlər duz tökür veteran zabitin yarasına
Həyat ağrısının hamısına dözən zabitə gəlir qəribə
Yeni nəslin bu səhv düşüncəsi

Oğul deyir: "Müharibə başlayarsa
Əgər birisi gizlənir"
Başqasının ölüsü, dirisi
Haqdan xəbəri yox
Onda hanı vətənpərvərlik?
Hanı milliyətçilik hissi?
Belə şeylər, əziz ata
Öldürmürmü həvəsi?

Kor zabit qalxır ayağa oturduğu yerdən
Sol əli əsir dalma, yaş çıxır gözündən
Birdən bədən əsir əsəbdən
Oğul peşmandır suala
Ağsaqqal gözlərin göstərib deyir

Məni bu hala salan mənim mənliyim
Mənim vicdanımdır, halaldır qanım
Bu torpağa görə şikəst canım
Qeyrətim bayrağımdır
Ürəyim Azərbaycanın
Ölüm, külə dönüm, yanım
Məhv olum, solum sağım olsun

Milliliyini danan zibillər
Amma bu ellər götürüb silah dönəcək yenə səngərə
Əgər hərə çəkilsə bir qırağa
Onda Qarabağa ve digər torpaqlara
Axı kim olacaq cavabdeh?
Ancaq səfeh insanlar bu dünyada özün düşünür
Yaxşı ki gözlərim görmür, lakin qəlb döyünür
Mənimkimiləri ikinci kərə müharibəyə başlayacaq
Gözlərim cəhənnəmə
Əsas Azərbaycan yaşayacaq!

Kor zabit onun gözlərini onun torpağı alıb
Kor zabit narahatdır, çünki hələ qisas qalıb
Kor zabit müdrikdir, inanır vaxt gələcək
Kor gözləri torpaqlar qayıdandan sonra görəcək

İnşallah!

Kor Zabit Q&A

Who wrote Kor Zabit's ?

Kor Zabit was written by Elnino [AZ] & Uran.

Who produced Kor Zabit's ?

Kor Zabit was produced by Elnino [AZ] & Uran.

When did Uran release Kor Zabit?

Uran released Kor Zabit on Thu Apr 21 2005.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com