Kalash by 95Role
Kalash by 95Role

Kalash

95Role * Track #3 On Leon

The music player is only available for users with at least 1,000 points.

Kalash Lyrics

Keçib aradan iri müddət
Amma bunların hələ də yaradıcılığı free beat'nən
Rich Life'dan yazan mc'lər
İpoteka Iphone götürür kreditnən
Danışırlar coco'dan klipində
Ayılmır ganja'nın tripindən
Hamınızın personajı fake'dir
Fərqlənmir Kənan MM-in filmindən

İşimiz qaradı və içirik oluruq arada dəm
Tutmayın dolları manata tən
NinetyFiveRole'un vibe'ı ayrı, var arada fərq
Rap ordadır varam harada mən
Yerim TECHBOSS adlı qalada bərk
Robinzonam qalmışam Azrap adlanan adada tək

Dərk elədim özümü hip-hop'la
Yaşadım, yaşım olub iyirmi altı da
Musiqi narkodu qulaqdan alınan
Qoymuram LSD dilimin altına
Eskobardılar mc'lər sanki
Danışanda hamısı kriminaldılar
Amma polis əmiləri görəndə
Hər dəfə batırır özlərini itirib altına

Yatan itər musiqidə
Daima inkişaf olmalıdır
Ona görə girirəm babat beat'ə
Vermirəm cavab hər yoldan keçib hürənə
Hər diss atan itə
Kalaşnikov kimi dilimdən açılar punch'lar
Eləyər adamı bir təhər
Karate Kid deyiləm Rafael Ağayev'əm
Hamınızı minəcəm tatamidə

Qol gücüylə yox, rap gücüylə
Yəni bizdə məşq hip-hop
Həyatım battle'dı, ona görə yazıram
Qafiyə, punch və'də diss'lə məşğulam
Dünyanı aparır gizli təşkilat
Mentalitet hələ bizdə Məşədi İbad
Xalqımın zövqü Zaur Kamaldır
Xalqımın zövqü bizdə Muşğulat

Gözün varsa bax fərq taparsan
Onlar uçurlar hətta marsa
Bizdə massondu çayxanalarda
Bizdə uçurlar nərddə marsa
Pula görə satarsan hər nə varsa
Dözərəm rap'ə görə həftə karsa
Yenidən Azrap'də 'Məndə Varam' olar
O 'Məndə Varam'da məndə varsam

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com