[Bənd 1]
Gəldi qızılı payız, bar-bəhər ayı
Gül açdı arzular, ulduzlar sayı
Toy-toya qarışdı, bayram-bayrama
Aşıq coşa gəldi, şair ilhama
[Nəqərat]
Bu günlər, bu günlər min aya dəyər
Sevincim, fərəhim dünyaya dəyər
Bu günlər, bu günlər min aya dəyər
Sevincim, fərəhim dünyaya dəyər
[Bənd 2]
Ucaldı elimin hər oğlu, qızı
Parladı günəştək bəxtim qırmızı
Halal əməyimlə hər yan bəzəndi
Mil əlvan geyindi, Muğan bəzəndi
[Nəqərat]
Bu günlər, bu günlər min aya dəyər
Sevincim, fərəhim dünyaya dəyər
Bu günlər, bu günlər min aya dəyər
Sevincim, fərəhim dünyaya dəyər
[Bənd 3]
Min sevinc boylandı hər al otaqdan
Hünərlə, vüqarla çıxdıq sınaqdan
Yeni zəfərimiz dillərə düşdü
Elimin şöhrəti dillərə düşdü
Nəqərat
Bu günlər, bu günlər min aya dəyər
Sevincim, fərəhim dünyaya dəyər
Bu günlər, bu günlər min aya dəyər
Sevincim, fərəhim dünyaya dəyər
Bu günlər, bu günlər min aya dəyər
Sevincim, fərəhim dünyaya dəyər
Bu günlər, bu günlər min aya dəyər
Sevincim, fərəhim dünyaya dəyər
İllərə Düşdü was written by Eldar Mansurov & Dəmir Gədəbəyli.
Eldar Mansurov released İllərə Düşdü on Wed Jul 07 2021.