Mənliyini soyunan insan görəndə qan qaralar
Bizə azadlığı daddıran yatır Ankarada
Bir də, axtarma azadlıq əgər mən yoxamsa
Həmin güllənin birini beynimə vur, qorxuramsa
Yenə o qayıdır...
Anı yaşa bro, mənəme "Lowrider"
Yenə gülüşlər saxta, mahnılar bayağı
Onlarda Avropa, bizdə Avropasayağı
Apardığım müşahidə sonunda, "Evrika"-m
Şeflər - "snow white", işçilər - "replicon"
Günah özümüzdədi hər şey tərs gedirsə
Efirdə petux, insan talehini həll edirsə
Elə bir quyruqdu ki, görəndə öz itini buluyur
Onlar səni qorumaq yerinə, öz götünü qoruyur
Mehtap gecələri və sən bidar
Məhəbbət, ayrılıq, əlvida...
Şeytandı xənnasın mənası ən azı, əmması
Kibritdən evlər tikib, yandıran bənnası
Kare Vaboya xəbər salın ki, yaysın ona-buna
Bu Tarantinodan eksklyuziv "Big Kahuna"
Gözlərim saatlarla metronomda
Gözlədin saatlarla metrolarda
Qayıtsam da yəqin oralarda az qalaram
Biz ac qaldıq geyinmədən maskaları
Yəqin deyilən sözlər gərəksiz deyilər
Qəlbsiz ola bilərəm, amma ürəksiz deyiləm
Hər sonun bir başlanğıcı, bir ilki var
Həyatdan köçmək kimi deyildi ilk intihar
Lütfən qarışdırma ölümlərin arasında
Biz, tək içən insanların sırasında
Qana-qan deyib özümüz qanıb, qandırdıq
Həmin "Molotow Cocktail"i ancaq məni yandırdı
"Carpe diem" bro, tapmışam deffekti
Yazılmayan misralar, kəpənək effekti
Burda yox idi, yəqin orda cavab var!
Burda üzlər avantüra, sözlər palavra
Üzünü və özünü itirməyən hamıya salam var
Və qurdların arasında belə bir kəlam var
Mən elə bir qurdam ki, yaranmışam torpaqdan
Ya bir də açın buraxın məni bu zooparkdan
Kim çəkir bu "horror"-u?! Hardan bu qədər zombi?!
Sintetik nifrətlər və "All eyes on me"
Qırmazdılar oxşadıb karandaşa bizi
"Əvvəlindən salan olsaydı əgər başa bizi"
(Əliağa Vahid)
Hə də...
Əvvəlindən salan olsaydı əgər başa bizi
Cəhlimiz salmaz idi bunca dağa, daşa bizi
Azacıq elmimiz olsaydı əgər əsrə görə
Boyun əydirməz idi qonşuya, yoldaşə bizi
Nə hünər var, nə biligmiz, nədə ki, devlətü-mal
İtə atson da yeməz hifz eləməz laşə bizi
Şüphəsizdi tüpürər sürəti-idbarımıza
Göstərən olsa bu sima ilə nəqqaşa bizi
Üzü dönsün görüm o ağuya dönmüş çörəyin
Yaxşı möhtac elədi qəhbəyə, oğraşə bizi!
İlk İntihar was written by Okaber.
Okaber released İlk İntihar on Mon Nov 13 2017.