Hiss Yığını 1 by PRoMete
Hiss Yığını 1 by PRoMete

Hiss Yığını 1

PRoMete

Download "Hiss Yığını 1"

Hiss Yığını 1 by PRoMete

Release Date
Tue Jun 27 2017
Performed by
PRoMete

Hiss Yığını 1 Lyrics

[Bənd 1]
Çoxu bəlkə də xatırlamır indi kim olduğun
Mənimsə yadımdan çıxmır haralardan qovulduğum
Yoğrulduğum xəmir təkcə məndə verdi bəhrə
Həyata qarşı dayanmışam, mən ağac, həyat dəhrə

Bir-iki sətir yazıb içimi boşaldım - dedim
Bir də baxdım, alıb aparıb məni yenə ilham
Qəribə gedişatla üyüdür fikirləri beynim
Sətirlərə dönəndə çoxlarına olur məlhəm

Çətini başlamaqdır, dişim üstündə dişimin
Səbəbi mənə hörmətin, ustasıyam işimin
Əlimi nəyə qoysam, bəli, bəli sevirəm tərifi
Tərifçün çalışmaq bir hissəsi vərdişimin

Mənimçün Jarmusch olmaq asandır Tarantinodan
Ruh vermək üstündür məncə məsləhətdənsə
Heç kəs paltarlı doğulmayıbdır anadan
Fikirlər də bizimlə böyüyür, ölənlər də var nədənsə

[Nəqərat]
Bu trek tutulmayan yumor, uğursuz zarafat
Fikirlərin gömdüyü saniyələrin qırğını
Ruhun məhsuludur, anlamasan çevirərsən (çevir, çevir)
Səninçün söz yığını, mənimçün hiss yığını

Bu trek tutulmayan yumor, uğursuz zarafat
Fikirlərin gömdüyü saniyələrin qırğını
Ruhun məhsuludur, anlamasan çevirərsən (çevir, çevir)
Səninçün söz yığını, mənimçün hiss yığını

[Bənd 2]
Fikrim bitsə, qoyaram nöqtə, bitməzsə, üç nöqtə
Anlamağa çalışıram - kim kimə edir diqtə
Əllər yazır, fikirlər başqa yerdə
Bəlkə elə bu dağınıqlıq dayanır kökdə, hə?

Sakit dur, bilirəm, danışmırsan
Fikirlərinin səsi gəlir qulağıma, düşünmə
Məni çatdırmaq istədiyin yerdən oyana göndərmə
Çatanda xəbər elə, fikirlərindən düşüm mən

Çətindir yaşamaq, hisslər burulğanında
Sovurub aparmasa yaxşıdır bizi nüvəyə
(Boğuluram) İtib batıram bu məişət yarğanında
Gecələr pərvanə, gündüzlər güvəyəm

Və nə qədər çətinmiş dayanmaq ayaq üstə
Günü gündən suallar iti, bədən süst
Fikirlərim məndən daha ağıllıymış
Qoyası olsanız, mənə yox, onlara qoyun büst

[Nəqərat]
Bu trek tutulmayan yumor, uğursuz zarafat
Fikirlərin gömdüyü saniyələrin qırğını
Ruhun məhsuludur, anlamasan çevirərsən (çevir, çevir)
Səninçün söz yığını, mənimçün hiss yığını

Bu trek tutulmayan yumor, uğursuz zarafat
Fikirlərin gömdüyü saniyələrin qırğını
Ruhun məhsuludur, anlamasan çevirərsən (çevir, çevir)
Səninçün söz yığını, mənimçün hiss yığını

[Çıxış]
Çox pis yığılır, məndə onlar çox pis yığılır
Qalaq-qalaq... (Ey!)
(Sənləyəm, eşidirsən?)
Nöqtə qoya bilməyəcəm...
(Eşidirsən məni? Ey!)

Sən elə bilirsən, hər şey qurtarır
Əslində isə hələ hər şey indi başlayır
(Ey!) Hazırsan? Getdik!

Hiss Yığını 1 Q&A

Who wrote Hiss Yığını 1's ?

Hiss Yığını 1 was written by PRoMete.

When did PRoMete release Hiss Yığını 1?

PRoMete released Hiss Yığını 1 on Tue Jun 27 2017.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com