Heykəllər by PRoMete (Ft. Orkhan Zeynalli)
Heykəllər by PRoMete (Ft. Orkhan Zeynalli)

Heykəllər

PRoMete & Orkhan Zeynalli

Download "Heykəllər"

Heykəllər by PRoMete (Ft. Orkhan Zeynalli)

Release Date
Sat May 14 2016
Performed by
PRoMeteOrkhan Zeynalli

Heykəllər Lyrics

[Bənd 1] [PRoMete]
Elə şeylər var ki, onlar olur, sadəcə baxırsan
Qarışa bilmirsən olanlara, olsan da yaxın sən
Gözünü çəkə bilmirsən olanlardan
Donub heykəl kimi qalırsan o anlarda

Bəs heykəllər? Görən olurlarmı hansısa məqamda insan?
Danışardı nələri, əgər insan olmaq alınsa
Nələri xatırlayır, nələri çıxara bilmir yaddan?
Nələr gəlmir xoş və ya saxlayır həyatda

Soruşsaq Sabirdən və o danışsa birdən
Görəsən deyərdimi ayılmışıq cəhalətdən?
İndi zaman fərqli, dəyişib insanların düşüncəsi
Belə deyildi bu millətin iki əsr öncəsi

Baxıram Sabirə… Papağına göyərçinlər qonub
Danışmır bircə kəlmə belə susub, donub
Bəlkə də alınsa da dinməzdi o
Onu bu küçədə gördükləri yaman yorub

[Nəqərat] [AiD]
İlləri yola salıb, ötürüb nəsilləri
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb, bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri

İlləri yola salıb, ötürüb nəsilləri
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb, bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri

[Bənd 2] [PRoMete]
Nəsimi danışardı yəqin bizə
Həqiqətin gizli olmadığın bu dördbucaqlı qutularda
Car çəkməkdə davam edərdi o
İnsanın aliliyin və cibində tiryək filanla tutulardı

Füzuli deyərdi ki, rüşvətin bu həddə çatacağın
Yatsa yuxusuna da gətirə bilməzdi
Evləri sökülmüş sakit duran o əhalini illərdir tanıyır
Və əmindir ki, bu millət ölməzdi

Nizami şikayətlə danışardı gənclər yazan SMS-dən
Onlar qəti qaynaqlanmırlar Leyli-dən ya da Qeys-dən
Deyərdi bu cümlələri hirslə
Bir bilsəydim kimə qalacaq irs Xəmsəm

Və ya eşitsə bircə anlıq musiqimizi Hacıbəyov
Ürəyi dözərdimi, erməniyə verərdimi haqq onda?!
Cavid yəqin ki, dəli olardı
Danışılanları eşitsəydi öz milləti haqqında

[Nəqərat] [AiD]
İlləri yola salıb, ötürüb nəsilləri
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb, bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri

İlləri yola salıb, ötürüb nəsilləri
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb, bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri

İlləri yola salıb, ötürüb nəsilləri
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb, bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri

[Nəqərat] [PRoMete]
İlləri yola salıb, ötürüb nəsilləri
Zamana qalib gəlib keçərək fəsilləri
Nələri görüb, bacarsaydı danışardı nələri
Bu qocaman şəhərin qoca heykəlləri

[Bənd 3] [PRoMete]
Yəqin ki, Əhməd Cavad da istərdi daima
Dayansın elə bir yerdə ki, görünsün bayrağ
Ya da Almas İldırım bəlkə də istəməz
Heykəli ucaldıla birləşdirilməmiş torpaq

Neçə-neçə insanlar gedib əqidə üstə
Bizsə indi yaşayırıq demək olar əqidəsiz
Baxış bucağım dəyişir yaşlandıqca
Amma hələ də təsəvvür etmirəm Bakını Rəsulzadəsiz

Heykəllər Q&A

Who wrote Heykəllər's ?

Heykəllər was written by Orkhan Zeynalli & PRoMete.

When did PRoMete release Heykəllər?

PRoMete released Heykəllər on Sat May 14 2016.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com