Sən ki, buraxmazdın yıxılsın, qadınlığını qurban verdiyin adam?!
Bəs niyə qucaqladığın qəbirlərdən ayırmırsan qollarını?!
Var gücümlə qışqırsan qaranlıq küçələrdə
Və heç kəsin olmadığı küçələrdə,
Kimsə çıxarmı pəncərədən hayıma?!
Niyə bu qədər ağladıq ki, biz gecələrdə?!
Niyə bu qədər qanatdıq ki, yaralarımızı ürəyimizdə?!
Və biz niyə uzaq düşdük ki, bir-birimizdən, bilmədən?!
Və əgər yoxdursa bu sevgi, olmayacaqsa,
Cənnət qoxulu düz və qara saçlarının mənası nədir ki, daha?!
Və əgər yoxdursa bu sevgi, olmayacaqsa,
Yazdıqlarımın fərqini de, bir uşaq qaralamasından.
Cənnət qoxulu düz və qara həyatımız var idi.
Və əgər yoxdursa bu sevgi, olmayacaqsa daha,
Ruhumu bir-iki dua da sən üfür, qurumuş dodaqlarınla.
Asıldığım kəndirləri sıx biləklərinlə, öpmə!
Hə, bilirəm, bilirəm necə əzab verir hər kəs yatarkən dönmək yataqda minlərlə dəfə sağa-sola. (bilirəm nədi, bilirəm!)
Hə, bilirəm necə qarışdırır zəhəri insan yuxularına.ı
Kimsəsizliyin içində, düz elə orta yerində,
Bilirəm, nə deməkdir, ümidsiz bağlanmaq bir qadına.
Ey qara saçlı, gül üzlü, kədər gözlü qadın!
Ey çaxır qırmızısı, ey bulud mavisi, ey gecə qaranlığı,
Eşitmişəm kədər dünyasında işsiz qalmısan sən.
İş tapmışam sənə, sabahdan gəl başla məni sevməyə.
Bir qadının çiynində tapmaq ana qucağı istiliyini.
Sanki o yumruğum boyda, o balaca ürəyinə sıxışdırıb Tanrı,
Oğlunu on beş yaşında buraxıb gedən bir ananın sevgisini!
Və sən indi gözlərini zilləmisən gözlərimə, getməkdən danışırsan, getmə, qal, bilmirəm!
Görəsən bu şəhərin musiqiləri olmasaydı, neçə intihar xəbəri yayılardı köhnə küçələrində.
Mən Təbrizi sığışdırmışam tək bir küçəndə, Bakı!
Sən həm qurbət, həm vətənsən, Bakı!
Mən bir qadını bir şairin şeirinə sığışdırıram,
Bir kamanın tellərinə, tellərini qoyuram, ey qara saçlı qadın!
Və sən hər gün, hər dəfə, hər ömrümdə, hər ölümümdə,
Dəfələrlə dönürsən bu mahnıyla!
Ey qara saçlı, gül üzlü, kədər gözlü qadın!
Ey çaxır qırmızısı, ey bulud mavisi, ey gecə qaranlığı,
Bu qədər şeir yazılır yorğun ruhumla.
Yorulmuşam, və sənin əllərinin təsviri gizlidir mənim hər bir şeirimdə.
Əgər yoxsansa, qadın, heç olmasın şeir də!
Head Of The River-də Üşümək was written by Ali Khayyam.
Ali Khayyam released Head Of The River-də Üşümək on Sat Apr 13 2013.