[Bənd 1]
Bu güzgüyə bir vaxt qoşa baxardıq
Bu güzgüdə yerin indi boş qalıb
Bəlkə səndən bu güzgünün canında
Dodaq qalıb, kirpik qalıb, qaş qalıb?
Göz yaşların canındadır, bəlkə də
Damla-damla əriyəcək bu güzgü
Bu güzgü
Bir gün sənin ayağınla dünyada
Ayaq açıb yeriyəcək bu güzgü
Bu güzgü
[Nəqərat]
Bəlkə səni axtaracaq, gəzəcək
Milyon-milyon adamların içində
Görən kimi tanıyacaq üzünü
Ən qaranlıq axşamların içində
[Bənd 2]
Qaçacaqsan bu güzgünün əlindən
Dönəcəksən o döngəyə, bu tinə
Adamları, maşınları, evləri
Atacaqsan bu güzgünün cənginə
Yenə, yenə doymayacaq bu güzgü
Bu şəhəri udub, udub gələcək, gələcək
Səni gözdən qoymayacaq bu güzgü
Yeri-göyü tutub, tutub gələcək, gələcək
[Nəqərat]
Bəlkə səni axtaracaq, gəzəcək
Milyon-milyon adamların içində
Görən kimi tanıyacaq üzünü
Ən qaranlıq axşamların içində
Bəlkə səni axtaracaq, gəzəcək
Milyon-milyon adamların içində
Görən kimi tanıyacaq üzünü
Ən qaranlıq axşamların içində
[Çıxış]
Bu da belə bir nağıldır yalandan
Sən ki, yoxsan, getdiyin o gedəndi
Bu güzgü də yerindədir, yerində
Bu güzgü də yenə sağdır, bütövdür
Sınan güzgü axı bir də calanmaz
Bəlkə Tanrı özü görüb bu işi, bu işi
Bu güzgünün hər tikəsi, bəlkə də
Damla-damla göz yaşınla bitişib, bitişib
Güzgü was written by Ramiz Rövşən & Tünzalə.