Gün Doğsa (From "İkinci Pərdə") by PRoMete (Ft. Rövşən Nicat)
Gün Doğsa (From "İkinci Pərdə") by PRoMete (Ft. Rövşən Nicat)

Gün Doğsa (From ”İkinci Pərdə”)

PRoMete

Download "Gün Doğsa (From ”İkinci Pərdə”)"

Gün Doğsa (From "İkinci Pərdə") by PRoMete (Ft. Rövşən Nicat)

Release Date
Sun Oct 22 2017
Performed by
PRoMete

Gün Doğsa (From ”İkinci Pərdə”) Lyrics

[Bənd 1] [PRoMete]
Əlimizdə, dilimizdə görünməz qıfıllar var
Üzlərdə ilıq təbəssüm, ürəkdə buzlaşmış qar
Beynimiz sonsuz otaqlar, amma bu otaqlar da dar
Bir az utansaq, susarıq di gəl ki, çəkirik car

Nəyə təəccüb, nəyə heyran? İtib əvvəli sonu
Nəfəs kəsir həyatlar, ölüm də gəzir kənar
Deyəsən çox uzanır yol və sonda yoxdur işıq
Nə bitir qış soyuqları, nə gəlir isti bahar

[Bənd 2] [Rövşən Nicat]
Qəfil gün doğsa bir gecə
Dünya qəfil işıqlansa
Şəhər-şəhər, küçə-küçə
Otaq-otaq işıqlansa

Qəfil gün doğsa bir gecə
Dünya düm ağ işıqlansa
Şəhər-şəhər, küçə-küçə
Otaq-otaq işıqlansa

Görərik kimlərin əli
Kimlərin cibindən çıxır
Kimlər əyilə-əyilə
Kimlərin evindən çıxır

[Bənd 3] [PRoMete]
Çətindir bağırmaq bu qədər səs-küyün içində
Gərəkdir hər bir şeyə təqdimat və fərqli biçimdə
O qədər sadədir hər şey, o qədər gözdən düşmüş
Sözləri, sətirləri çıxmadan boğuram içimdə

Kürəyi balta yeməyən bilməz ki, bel ağrısın
Yalana tuş gəlməyən bilməz ki, yel ağrısın
Nə qədər mən sevənik biz, nə qədər məndən uzaq
Mənə nə? Ağrımıram! Ağrısa, el ağrısın

Küləklər sovurdu qorxunu, artıq yoxdur qorxaq
Qəribədir, amma ki, səsi də yoxdur heç kəsin
Pərdələr enibdir çoxdan və bir də çətin qalxa
Qorxuram, bizim nəsil bunu bir daha görməsin

Göllərin dama-dama olduğunu unudanlar
Sonda həmin o damcılarda boğularlar
Mütləqdir dəyişməsi yerinin ağın qaranın
Batanda Günəşlər ulduzlar doğularlar

[Bənd 4] [Rövşən Nicat]
Qəfil gün doğsa bir gecə
Min-min gizli günah görsək
Üstünü örtə bilməsə
Bu dünyanı çılpaq görsək

Qəfil gün doğsa bir gecə
Min-min gizli günah görsək
Üstünü örtə bilməsə
Bu dünyanı çılpaq görsək

Başımıza hava gələr
Ağlımız çaşar bəlkə də
Hamı birdən baş götürüb
Bu dünyadan qaçar bəlkə

Bu dünyada bəs kim qalar?
Kim böyüdər, uşaqları?!
Bu dünyada bəs kim qalar?
Kim böyüdər, uşaqları?!

Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...
Nə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanır...

Gün Doğsa (From ”İkinci Pərdə”) Q&A

Who wrote Gün Doğsa (From ”İkinci Pərdə”)'s ?

Gün Doğsa (From ”İkinci Pərdə”) was written by İslam Şirvani & PRoMete & Ahmed Mustafayev.

When did PRoMete release Gün Doğsa (From ”İkinci Pərdə”)?

PRoMete released Gün Doğsa (From ”İkinci Pərdə”) on Sun Oct 22 2017.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com