[Verse 1]
Əziyyətim hədər getməyəcək, bundan tam əmin ol
L-Mir kimi deyirəm: "Olmaram artıq day həmin o."
Vursalar zərbə ağrımaz
Etsələr hətta Nağılbaz
Yaran sağalmaz, amma öz'ündən çalış əmin ol
İynə saplamaq daha çətindi, bıçaq saplamaqdan
Qorxma, gəl ürək edib bir uçaq, saxlamazlar
Bucaq baxışa tabe artıq, çünki baxış "önəmlidi"
Yarış önəmlidi - rəqabətsiz sözlər ölər diri
Ya da, bütün həyatı yaşa başdan bi' də
Daşdan belə pul çıxartmaq yaşamaq üçün stimuldu
"Quru çıxar rap" deyib, mən ST oldum
Yaş var bi' də, (hə...) bilmədən mən asta-asta 27 oldum
Arzular dilə gətirmədikcə hədəfdən yayınmır
Söz ox, səs yayımdı
Qalıb hədəf bəs hayanda?
Nə etsələr də fərqi yoxdu, diqqətim yayınmır
Hiddətinsə artıbdı
Artan nifrət tək artıqdı
Lazım bi' də səbr, lazım bi' də bilmək neyləmək
Lazım yerində hərəkət etmək, bir də əylənmək
Boş yerə ümid et, boş yerə inanma amma
Lap, qopar öz'ündən, özünə qapanma amma...
[Bridge]
Güc - təzaddısa;
Künc - cəzadısa;
Bürc - bəladısa;
Çox gülüncdü insanoğlu
Süz bir az daha
Göz açılmasa;
Söz yazılmasa
Deyərdim ki: "İnsan oldum."
[Verse 2]
Sözlər özümdən ağırdı, öz'üm sözəm elə
Ağılın dünyasında mən üçüncü gözəm yenə
Ağılım - fərqindəlikdi
Puzzle'ın fərqi də İlk'di
Ömürün hədiyyədisə, sözlər bir dəfəlikdi
Şairin dərdi yazdıca artır, dərdi - yazmaqdı
Yazmasa azad ola biləcək, tə ki yazmazdı
Amma yox, yolum uzun, əridi buzum, mən hazıram
Anladım: mən, Puzzle'am deyə labirintdən yazıram
Və bir də, dostları itirməmişdən öncə mən, gücsüz idim
Amma, düzəltdim, öz'ümü qoyub küncə mən
İnanmadım ki, bürcə, inandım sözün gücünə
Daha hamı necə, mən də elə: özüm üçünəm
Elə bildilər inanmıram, inam mənim inadım
O mənim gücüm, mənim sözüm, mənim tək dayağım
Anladım: olmayacaq həyatımda tənəffüslər
Yaşatdığın həyat üçün sənə təşəkkürlər...
Güclülərin Mahnısı 4 was written by Puzzle (AZ).
Güclülərin Mahnısı 4 was produced by Aqşin Əlizadə.
Puzzle (AZ) released Güclülərin Mahnısı 4 on Sat Feb 23 2019.