Gözlərin Dərin by Epinrmnv
Gözlərin Dərin by Epinrmnv

Gözlərin Dərin

Epinrmnv * Track #5 On Epidemiya

The music player is only available for users with at least 1,000 points.

Gözlərin Dərin Lyrics

[Nəqarət]
Gözlərin dərin, dərin
Gözlədin gəlim, gəldim
Sözlərimdə illərim
Mən gözlərindən didərgin

Hər səs mərkəzdən gəlməz
Sən səs, mən səndən sərbəst
Sən kəs, dərd səndən gəlməz
Almaz hər kəs dərdlərdən dərs

[Bənd]
Dərd-dərd üstünə, hərdən küsdün
Xəlvət üstümə gəlsən düzgün
Bizdən bir daha alınar yəqin
Tək sən tüstümə dəhşət düşdün

Mən səndən, amma sən sərsəm
Sən mənsən, amma tənbəlsən
Mən gəlsəm, yenə gəlmərsən
Amma sən gəlsən, yenə mən tərsəm

Kiminə bəhanə, kiminə ağır
Kiminə fəlakət, kiminə yağış
Kiminə sədaqət, kiminə tanış
Sən min dəfə düşün, amma bir dəfə çağır

İçimdə iki dənə qız var – biri yol istəyir, biri isə doğrunu
İçimdə iki obraz var – biri polisdir, biri isə oğrudur
İçimdə iki dənə qız var – biri yol istəyir, biri isə doğrunu
İçimdə iki obraz var – biri polisdir, biri isə oğrudur

Hisləri qəlb ələr, “sanki”lər
“kaş ki”lər və “bəlkə”lər
Hər kədər bir qədəhdə tərpədər
Hər dəfə səni düşünüb, mərtəbə-mərtəbə qalxdım

Amma mərhəmət yoxdur
Hər qələt yeyənə vermərəm məsləhət
Mənasızdırsa sən qoxan məhlələr
Mənasızdırsa sən qoxan səhnələr

Həqiqəti eşitmir qulaq
Həqiqəti tək mən deyirəm
Hisslərim çox dəyişdi artıq
Mən hisslərə rəhbər deyiləm

Yazdıqlarıma kitab de
Mən qara-qura dəftər deyirəm
Daha bir də axtarma məni
Çünki həmin o Əkbər deyiləm

[Nəqarət]
Gözlərin dərin, dərin
Gözlədin gəlim, gəldim
Sözlərimdə illərim
Mən gözlərindən didərgin

Hər səs mərkəzdən gəlməz
Sən səs, mən səndən sərbəst
Sən kəs, dərd səndən gəlməz
Almaz hər kəs dərdlərdən dərs

Gözlərin Dərin Q&A

Who wrote Gözlərin Dərin's ?

Gözlərin Dərin was written by Həsən Haidar & Epinrmnv.

When did Epinrmnv release Gözlərin Dərin?

Epinrmnv released Gözlərin Dərin on Sat Aug 15 2020.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com