Giley by Gülyanaq Məmmədova
The music player is only available for users with at least 1,000 points.

Giley Lyrics

[Bənd 1]
Gözlərinə baxan gündən
Görə bilmirəm heç kimi
Kimsə sahib çıxmayacaq
Gəl apar qərib eşqini

[Keçid]
Axşamları tənhalıq
Səni də üzürmü, görən?
Əllərinin sığalını
Saçların gəzirmi, görən?

[Nəqərat]
Həsrət kimi soyuqluqdan
Qəlbin üşüyürmü sənin?
Yaşadığın mənli günlər
Yadına düşürmü sənin?

[Bənd 2]
Yoxsa, artıq isinmisən?
Yad bir eşqin istisinə
Alışmısan o adamın
Gileyinə, tənəsinə?

[Keçid]
Unutmağa çalışırsan
Sanki, məni görməmisən
Taleyinlə barışırsan
Elə bil, heç sevməmisən

[Nəqərat]
Həsrət kimi soyuqluqdan
Qəlbin üşüyürmü sənin?
Yaşadığın mənli günlər
Yadına düşürmü sənin?

Həsrət kimi soyuqluqdan
Qəlbin üşüyürmü sənin?
Yaşadığın mənli günlər
Yadına düşürmü sənin?

[Şeir]
Yalanların, həsrətindən daha çəkilməzdir
Bilirsən, kaş tanıdığım kimi qalaydın!
Bəlkə, o zaman asan olardı yoxluğunla yaşamaq
Ayrılmaq, aldanmaqdan asan imiş...

[Nəqərat]
Həsrət kimi soyuqluqdan
Qəlbin üşüyürmü sənin?
Yaşadığın mənli günlər
Yadına düşürmü sənin?

Həsrət kimi soyuqluqdan
Qəlbin üşüyürmü sənin?
Yaşadığın mənli günlər
Yadına düşürmü sənin?

[Şeir]
Bu bir taledir
Mənim taleyim
Qəribə taleyim...
Qəribə taleyim...

Giley Q&A

Who wrote Giley's ?

Giley was written by Sevinc Tofiqqızı.

When did Gülyanaq Məmmədova release Giley?

Gülyanaq Məmmədova released Giley on Tue Sep 07 2021.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com