[Nəqərat]
Düşəndə yada gözlərin baxıram gecə aya
Çün səninlə gecə gündüz, gecələr gündüz
Düşəndə yada gözlərin baxıram gecə aya
Çün səninlə gecə gündüz, gecələr gündüz
[Bənd 1]
Dalıram hər baxanda mən, dərindir gözlərin
Sənsizlik ölümə bərabər dözülməz özləmin
Saçınla rəqs edəndə, bil, tutulur nitqim, vaxt
Nə cümlə tamamlanır dilimə, nə də ki söz gəlir
Sən mənə yaraşırsan, yaraşır sənlə adım
Könlümün təbibisən dərmanı sənlə alır
Cismim səndən ayrı qaldığı zaman mən oğru
Oğurlayan sən olursan, ağlım səndə qalır
Dərd də sən, çarəsi sən, qeyridən fayda yoxdur
Sevirəm qanunsuz səni bu küçədə qayda yoxdur
Olsaq da tamam fərqli sənlə mən tam başqa
Mən yenə səni seçərdim başlasaq tam başdan
Yolum haqq yolu, yolumdan dönmərəm mən
Bir adi təbəssüm et, inan ki görmərəm qəm
Düşün ki, Azərbaycanam sən Qarabağımsan
Sənin üçün ölərəm mən..!
[Nəqərat]
Düşəndə yada gözlərin baxıram gecə aya
Çün səninlə gecə gündüz, gecələr gündüz
Düşəndə yada gözlərin baxıram gecə aya
Çün səninlə gecə gündüz, gecələr gündüz
[Bənd 2]
Sayıram sənlə olan dəqiqələri, saatları
Çiynimdə ulduzlarım var, çiynində qanadların
Mən səni oğurlamadım tanrı mənə pay verib
Sevirəm nə qədər? Ulduzları say deyim
Çıxmışıq ömür yoluna gedirik sənlə mən
Üzümdə təbəssümümsən olmaz ki sənlə qəm!
Bağlıyam səbəbsiz sənə bilmirəm necə olur bu?
Görmüşəm səndə nə?
Ya sən mürəkkəbsən, ya da mən bəsit olmuşam
Qurtulub çox zindandan bir sənə əsir olmuşam
Dayan bu sol tərəfimdə, getmərəm səndən ayrı
Nə olar mənsiz sən bax, nə də mən səndən ayrı!
Gələndə sənə sarı, geriyə getmək olmur
Seçimim tək sən qeyrisin seçmək olmur
Mən Azərbaycan, sən Qarabağımsan
Məni sənsiz təsəvvür etmək olmur
[Nəqərat]
Düşəndə yada gözlərin baxıram gecə aya
Çün səninlə gecə gündüz, gecələr gündüz
Düşəndə yada gözlərin baxıram gecə aya
Çün səninlə gecə gündüz, gecələr gündüz
Düşəndə yada gözlərin baxıram gecə aya
Çün səninlə gecə gündüz, gecələr gündüz
Düşəndə yada gözlərin baxıram gecə aya
Çün səninlə gecə gündüz, gecələr gündüz