Gəncədən Gəlirəm by Azər Zeynalov
Gəncədən Gəlirəm by Azər Zeynalov

Gəncədən Gəlirəm

Azr-zeynalov

The music player is only available for users with at least 1,000 points.

Download "Gəncədən Gəlirəm"

Gəncədən Gəlirəm by Azər Zeynalov

Release Date
Wed Sep 08 1999
Performed by
Azr-zeynalov

Gəncədən Gəlirəm Lyrics

[Bənd 1]
Gəncədən gəlirəm, yüküm xurmadır
Gəncənin yolları burma-burmadır
Gəncədən gəlirəm, yüküm xurmadır
Gəncənin yolları burma-burmadır

Gəncədə bir qız var, teli durnadır
Günəşə - “sən çıxma, mən çıxım” deyir
Gəncədə bir qız var, teli durnadır
Günəşə - “sən çıxma, mən çıxım” deyir

[Nəqərat]
“Ay” deyir, “vay” deyir
Günəşə - “sən çıxma, mən çıxım” deyir
“Ay” deyir, “vay” deyir
Günəşə - “sən çıxma, mən çıxım” deyir

[Bənd 2]
Gəncədən gəlirəm, yüküm çiçəkdir
Gəncənin gülləri ləçək-ləçəkdir
Gəncədən gəlirəm, yüküm çiçəkdir
Gəncənin gülləri ləçək-ləçəkdir

Gəncədə bir qız var, adı Çiçəkdir
Quşlara – “sən uçma, mən uçum” deyir
Gəncədə bir qız var, adı Çiçəkdir
Quşlara – “sən uçma, mən uçum” deyir

[Nəqərat]
“Ay” deyir, “vay” deyir
Quşlara – “sən uçma, mən uçum” deyir
“Ay” deyir, “vay” deyir
Quşlara – “sən uçma, mən uçum” deyir

[Bənd 3]
Gəncədən gəlirəm, sözə bənd olub
Gəncənin meyvəsi şəkər, qənd olub
Gəncədən gəlirəm, sözə bənd olub
Gəncənin meyvəsi şəkər, qənd olub

Gəncədə bir qıza gözüm bənd olub
Cavada – “sən baxma, mən baxım” deyir
Gəncədə bir qıza gözüm bənd olub
Cavada – “sən baxma, mən baxım” deyir

[Nəqərat]
“Ay” deyir, “vay” deyir
Ceyrana – “sən qaçma, mən qaçım” deyir
“Ay” deyir, “vay” deyir
Sulara – “sən axma, mən axım” deyir

“Ay” deyir, “vay” deyir
Günəşə - “sən çıxma, mən çıxım” deyir
“Ay” deyir, “vay” deyir
Sulara – “sən axma”
Sulara – “sən axma”
Sulara – “sən axma, mən axım” deyir

Gəncədən Gəlirəm Q&A

Who wrote Gəncədən Gəlirəm's ?

Gəncədən Gəlirəm was written by Emin Sabitoğlu & Əhməd Cavad.

When did Azr-zeynalov release Gəncədən Gəlirəm?

Azr-zeynalov released Gəncədən Gəlirəm on Wed Sep 08 1999.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com