Gəl Məni Gör (Mif) by Uran
Gəl Məni Gör (Mif) by Uran

Gəl Məni Gör (Mif)

Uran * Track #9 On M.i.F.

Gəl Məni Gör (Mif) Lyrics

[Giriş]
Gəl məni gör
Yeah! Yeah!

[Bənd 1]
Çox savadlı qaqaş, qıcqırıb savad qabı
Adamı yox ki, sala qabağı, ya qala sabaha
Harası baha soruşma, şansın parası baha
Qaqaşın beyni var, indi lazım harası daha?
Tanışı yox ki, qarışa işə, barışıq isə
İşi itirmək demək, o, isə yarışa bilər
Dartışmaqla olmur, yuxarı qarışsa işə
Adamsızın jiletin adamı olanın gülləsi deşər
Buna görə var xüsusi kasta, xüsusi peşə
Xüsusi daraq, xüsusi güllə, xüsusi məşəl
Beləsi həll edir düyünlü işi anında
Onunla açılır qapılar, işləyir qanunlar
Rast gəlir qaqaşa birisi, verir hamısının dərsin işdə
Qoy indi yuxarı tanısın, var ədalət tanrısı
İşi həll edən pulu götürüb aradan çıxır
“Bir şey olsa, gəl məni gör” gedəndə deyib əlin sıxır
Oğlan qayıdır işə, idarə önündə 3 polis maşını
Deyirlər “kabinetdə dolabda tapıblar müdirin başını”
Qaqaş səsini çıxarmır, silir nömrəni tezbazar
Çətin bir də bu alicənaba nə üçünsə nəsə yaza

[Nəqərat]
Gəl məni gör, gəl məni gör
Hamı deyir: “Gəl məni gör”
Cibin boşdur, başın dolu
Deyir: “Haqqın yolu, ala, gəl məni gör”
Gəl məni gör, gəl məni gör
Hamı deyir: “Ala, gəl məni gör”
Gətirmirsə birdən işin əgər
Deyir “Noldu ala, bəs gəlməliydin?!”

[Bənd 2]
Dərd ortağını butulkada tapan kişi
İçib yerdən qopan kişi, sapant kimi
Hər sağlığı bir and kimi, şüur sərxoş
Ayıq beyinin meyarı boş, içkili xoş
Zəhrimarı içir, zehni gedir, zəhmi qalır
Yüklənir daha çox, dəm olur, qəm lehmi qalır
Rəhmi gəlmir səhhətinə, onun beyni qanlı
Çün belə vəziyyətə düşən adamda da beyin qalmır
Axı evin son beşiyinə on beş illik iş istəyir
Guya oğlu oğurlayıb, üzünə duran birisi deyir
Ata dərd soyudur, tapmayır imdad çarəsi
Bir pabın küncündə tək başına mücadiləsi
Qəfil oturur yanına biri, ölü beyni olur diri
“Həll edərəm” deyir, sözü kişinin başına girir
Adam boşuna demir, səhər yayılır xəbəri
Oğlunun üzünə duran özünə qəsd edib, gəbərib
“Şahid” yoxdursa, oğlan azaddır, dərhal!
Kişi şaddır şokda zal, sonra bir az qəribə əhval
Və evin qapısı önündə tapdığı kiçik yazı
“Salam. Gəl məni gör, çətinə düşsən olsam lazım!”

[Nəqərat]
Gəl məni gör, gəl məni gör
Hamı deyir: “Gəl məni gör”
Cibin boşdur, başın dolu
Deyir: “Haqqın yolu, ala, gəl məni gör”

Gəl məni gör, gəl məni gör
Hamı dеyir: “Ala, gəl məni gör”
Gətirmirsə birdən işin əgər
Deyir “Noldu ala, bəs gəlməliydin?!”

[Bənd 3]
Əgər AzRep ölüb, sizinlə cəsəd danışır
Dirilər belə danışmır, aparın, həsəd danışır
Dеyir: “Rep bataqlıqda, yetişib həsrət qamışı“
Deyir “Günahkar islanmış giribsə qəsdən yağışa“
Kim-kimə qarşı, döyüşür indi tin timə qarşı
Hayp kinə qarşı, necə ABŞ gedir Çinə qarşı
Kim sayır trendi, arşın dayandırır axtarışın
Çün vaxtını itirir o, tüpürməklə günə qarşı
Sənə təmiz rep lazım gəl bura, ala, söz süzək, gəl söz vuraq!
Qafiyə fırladıb arada buraq, əyləci burax, əyləncə sonra
Dərəcəsi var, dinləyici diksinir axtarır xaricdə xalisin
Gəl məni gör, nə vaxt eşitmək istəsən sən AzRepin alisin!

[Nəqərat]
Gəl məni gör, gəl məni gör
Hamı deyir: “Gəl məni gör”
Cibin boşdur, başın dolu
Deyir: “Haqqın yolu, ala, gəl məni gör”

Gəl məni gör, gəl məni gör
Hamı deyir: “Ala, gəl məni gör”
Gətirmirsə birdən işin əgər
Deyir “Noldu ala, bəs gəlməliydin?!”

[Çıxış]
Gəl məni gör
Gəl məni gör
Ala, gəl məni gör

Gəl Məni Gör (Mif) Q&A

Who wrote Gəl Məni Gör (Mif)'s ?

Gəl Məni Gör (Mif) was written by Will TOA & Uran.

When did Uran release Gəl Məni Gör (Mif)?

Uran released Gəl Məni Gör (Mif) on Sun Feb 20 2022.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com