Yadındamı baxışlarım?
Səndən asılı mənim halım
Nədən içim alovlanır?
Bir dünyam var
Dərin anlar, yad insanlar
Qorxuram yenə aldanmaq
Səbr edincə
Bir az dincəl
Bu dünya dar
Gəl, desəm kövrəlir səsim
Gəl, gözlərimdə yaş əsir
Gəl, sanki, bir ömür bəs etməz
Sənin dalınca getdikcə
Sevdim səni incə-incə
Gəl, desəm kövrəlir səsim
Gəl, gözlərimdə yaş əsir
Gəl, sanki, bir ömür bəs etməz
Sənin dalınca getdikcə
Sevdim səni incə-incə
Yadımdadır baxışların
Nə olsa da bağışladım
Səndən öncə yalan oldu
Yaşananlar
Dərin anlar, yad insanlar
Qorxuram yenə aldanmaq
Səbr edincə
Bir az dincəl
Bu dünya dar
Gəl, desəm kövrəlir səsim
Gəl, gözlərimdə yaş əsir
Gəl, sanki, bir ömür bəs etməz
Sənin dalınca getdikcə
Sevdim səni incə-incə
Gəl, desəm kövrəlir səsim
Gəl, gözlərimdə yaş əsir
Gəl, sanki, bir ömür bəs etməz
Sənin dalınca getdikcə
Sevdim səni incə-incə
Gəl was written by AISEL.
Gəl was produced by Emin Kərim (STKHA).