Fəhlə baba by Namiq Qaraçuxurlu
Fəhlə baba by Namiq Qaraçuxurlu

Fəhlə baba

Namiq-qaracuxurlu

The music player is only available for users with at least 1,000 points.

Download "Fəhlə baba"

Fəhlə baba by Namiq Qaraçuxurlu

Release Date
Mon May 26 2008
Performed by
Namiq-qaracuxurlu

Fəhlə baba Lyrics

Yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
Saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

Bilməyirsən sənə hər yolda işıq qırmızıdır
Vurulub bir qıza sandın onu bəxt ulduzudur
Sənə verməzlər onu, çünki o, tacir qızıdır
Onların nəyinə gərək zülfüqara fəhlə baba?

Yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
Saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

Atası verməyəcək alınsa da söhbətiniz
Belə halda qoşulub qaçmaq olan niyyətiniz
Balaca bir eviniz vardı, böyük külfətiniz
O səninlə qoşulub qaçsın hara, fəhlə baba?

Yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
Saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

Pul da saqqal deyil ki, hər dəfə çıxsın üzünə
Belə getsə, bir ilə eynək taxarsan gözünə
Sən hələ subaysan, baxa bilməyirsən özünə
Evlənib canını salarsan azara, fəhlə baba

Yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
Saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

Guya evlənənlərin işləri çox yaxşı gedir
Işdə əmr eyləyirlər, evdə şikayət eşidir
Bir ayın məvacibi bir həftəlik ərzaq edir
Hünərin varsa əgər, çıx bazara, fəhlə baba!

Yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
Saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

Sev özüntək kasıbı, düşmə başqa sevdaya
Sonra məcnun kimi üz tutmayasan səhraya
Apara bilməyib heç kim o birisi dünyaya
Əlinin çirkidir, boş şeydir para, fəhlə baba

Yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
Saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

Girirdi ali məktəbə, kimin var idi pulu
Kasıbın balası isə ona baxırdı ağzısulu
Yığdın öz sənədlərini çıxan kimi test üsulu
Tələbə olmaq istədin bir ara, fəhlə baba

Yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
Saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

Girəndə instituta çox kasıb arzusuna çatır
Qurtarır institutu, bazarda mer-meyvə satır
Aldığı diplomu da evdə toz içində yatır
Oxuyur, əziyyət çəkir bekara, fəhlə baba

Yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
Saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

Var adam çöldə yatır, gəl yenə təşvişsizdir
Yox onun heç kimi, tənhadır, nəvazişsizdir
Adicə fəhlə götürmürlər onu, işsizdir
Ona bax, şükr elə pərvərdigara, fəhlə baba

Yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
Saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

Fəhlə baba Q&A

When did Namiq-qaracuxurlu release Fəhlə baba?

Namiq-qaracuxurlu released Fəhlə baba on Mon May 26 2008.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com