[Bənd 1]
Gözümdə kök salıb bir həsrət
Gizli-gizli, səssiz hey ağlar, hey ağlar
Baxanda dağ kimi yaxından görsənər uzaqlar
O çağlar bizi soraqlar
[Nəqərat önü]
Unutdun keçmişi
O xoşbəxt illəri unutdun
(Mənsiz sən dünyaya üz tutdun)
Sonunda qurduğun nə varsa
Günahkar özünsən, dağıtdın
[Nəqərat]
Gedərsən, çırpınar ruhum
Dayanarmı, dayanmazmı, ey yar?
Dayanmazmı?
Sənə bir də sınan könlüm
İnanarmı, inanmazmı, ey yar?
İnanmazmı?
Gedərsən, çırpınar ruhum
Dayanarmı, dayanmazmı, ey yar?
Dayanmazmı?
Yar, sənə bir də sınan könlüm
İnanarmı, inanmazmı, ey yar?
İnanmazmı?
[Nəqərat önü]
Unutdun keçmişi
O xoşbəxt illəri unutdun
(Mənsiz sən dünyaya üz tutdun)
Sonunda qurduğun nə varsa
Günahkar özünsən, dağıtdın
[Keçid]
Zülm edər fələk
Gedəni geri qaytarmaz
‘’Hardasan?’’ deyə
Gözüm hər yeri axtarmaz
[Nəqərat]
Gedərsən, çırpınar ruhum
Dayanarmı, dayanmazmı, ey yar?
Dayanmazmı?
Sənə bir də sınan könlüm
İnanarmı, inanmazmı, ey yar?
İnanmazmı?
Gedərsən, çırpınar ruhum
Dayanarmı, dayanmazmı, ey yar?
Dayanmazmı?
Yar, sənə bir də sınan könlüm
İnanarmı, inanmazmı, ey yar?
İnanmazmı?
Ey Yar was written by Tünzalə & Fariz Zeynalov.