[Bənd 1]
Bir otağın içində o baş - bu baş
Yeridim, gah qaçdım, gah dayandım
Gah da yavaş – yavaş yeridim
O qədər fırlandım ki, göyün başı hərləndi
Elə ah çəkdim, yazıq buludlar zəhərləndi
Nəhayət, göy ögüdü, gurultular qarışdı
Buludlar qusdu, hamı elə bildi
Hamı elə bildi yağışdı
Taxta skamyalarda islandı kimsəsizlər
Narahat yuxusundan oyandı kimsəsizlər
Daha ağrılarıma başqa çarə yoxdur
Sənsiz bu evin içi çölündən soyuqdur
Amma kimə deyəsən, kim anlayar bu halı?
Nə bilsinlər?...
Min ildir qurumur əl dəsmalım
[Nəqərat]
İndi mənim dərdimə sən əlacsan
(Tək əlacsan, bir dənəm)
Birinci və sonuncu ehtiyacsan
(Ehtiyacsan, bir dənəm)
İndi mənim dərdimə sən əlacsan
(Tək əlacsan, bir dənəm)
Birinci və sonuncu ehtiyacsan
(Ehtiyacsan, bir dənəm)
[Bənd 2]
Qəfil döyüldü qapım, şeirim qaldı yarımçıq
Çöldə bir dəstə adam qışqırdı ki, “çölə çıx”
İlahi, mən neyləyim, gizlənim, ya bağırım?
Qonşuları çağırım, yoxsa polis çağırım?
Salam, bağışlayın, mən bayaq bir cinayət işlədim fərqində olmayaraq
Axı bu kimsəsizlər dadanıblar canıma!
Nə olar, polis göndərin təcili ünvanıma!
Bu evdən çıxmayalı çöldə dəyişib həyat
Aman tanrım, polis də geyinərmi heç ağ xalat?!
[Nəqərat]
İndi mənim dərdimə sən əlacsan
(Tək əlacsan, bir dənəm)
Birinci və sonuncu ehtiyacsan
(Ehtiyacsan, bir dənəm)
İndi mənim dərdimə sən əlacsan
(Tək əlacsan, bir dənəm)
Birinci və sonuncu ehtiyacsan
(Ehtiyacsan, bir dənəm)
Ehtiyacımsan...
Ehtiyacımsan...
Ehtiyacımsan...
Ehtiyacımsan...
Ehtiyacımsan was written by Tünzalə & Orxan Bahadırsoy.
Tünzalə released Ehtiyacımsan on Fri Nov 12 2021.