Dünya Heç Kimin by Xumar Qədimova
The music player is only available for users with at least 1,000 points.

Dünya Heç Kimin Lyrics

[Bənd 1]
Bir taleyin oyununda cütlənmiş zərik
Yüz il qoşa atılsaq da qoşa düşmərik
Bir zərrənin işığına milyonlar şərik
Dünya sənin
Dünya mənim
Dünya heç kimin

Dünya sənin
Dünya mənim
Dünya heç kimin

[Nəqərat]
Bu get-gəllər bazarına dəvədi dünya
Bu ömür-gün naxışına həvədi dünya
Əbədiyə qəh-qəh çəkər əbədi dünya
Dünya sənin
Dünya mənim
Dünya heç kimin

Dünya sənin
Dünya mənim
Dünya heç kimin

[Bənd 2]
Çevrəsindən çıxsa əgər sevda fırfıran
Bir ümidin ətəyindən tutub da fırlan
Eşidərsən: pıçıldayır yıxılan, duran
Dünya sənin
Dünya mənim
Dünya heç kimin

Dünya sənin
Dünya mənim
Dünya heç kimin

[Nəqərat]
Bu get-gəllər bazarına dəvədi dünya
Bu ömür-gün naxışına həvədi dünya
Əbədiyə qəh-qəh çəkər əbədi dünya
Dünya sənin
Dünya mənim
Dünya heç kimin

Dünya sənin
Dünya mənim
Dünya heç kimin

Dünya sənin
Dünya mənim
Dünya heç kimin

Dünya sənin
Dünya mənim
Dünya ikimizin

Dünya sizin
Dünya bizim
Dünya heç birimizin

Dünya sənin
Dünya mənim
Dünya heç kimin

Dünya Heç Kimin Q&A

Who wrote Dünya Heç Kimin's ?

Dünya Heç Kimin was written by Niyaməddin Musayev & Məmməd Araz.

When did Xumar Qədimova release Dünya Heç Kimin?

Xumar Qədimova released Dünya Heç Kimin on Mon Nov 24 2014.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com