Dünya by Gülyanaq Məmmədova & Alişka Lider
The music player is only available for users with at least 1,000 points.

Download "Dünya"

Dünya by Gülyanaq Məmmədova & Alişka Lider

Release Date
Wed Oct 15 2025
Performed by
Gulyanaq-mmmdova

Dünya Lyrics

[Bənd 1]
Bu dünya əbədi deyil
Əbədi olmayıb, olmayacaq da
O dünya əbədidir
Bunu bil, o dünya əbədi olacaq

Dünya əldən-ələ keçmir
Fırlandıqca hey fırlanacaq
Yaxşı əməllərin, pis əməllərin
O dünyada hesablanacaq

Bu dünyanın təməli, əməli
Heç vaxt bilinməyib, bilinməyəcək
Bu dünyada zülm çəkənlər
Elə bilmə, o dünyada da zülm çəkəcək

Kimi cənnət, kimi cəhənnəm
Kimi ləzzət görüb ya yanacaq
Sanma ki, bu dünya bizimdir
Bu dünya heç kimə qalmayacaq

[Keçid]
Dünya hey fırlanır belədən-belə
Zamanı önləyib ötən olmasın
Dünya fırlanır ki, keçməsin ələ
Onun ətəyini tutan olmasın

[Nəqərat]
Bu dünyadan alimlər də baş açmayır
Bu dünya hey fırlanır, vədə almayır
Sultanlara da dünya, əfsus, qalmayır
Bu dünya heç kimə, heç kəsə qalmayır

Bu dünyadan alimlər də baş açmayır
Bu dünya hey fırlanır, vədə almayır
Sultanlara da dünya, əfsus, qalmayır
Bu dünya heç kimə, heç kəsə qalmayır

[Bənd 2]
Yalandır, yalandır, dünya yalandır
Yalan dünya, söylə, kimlərə qalandır?
Sanma ki, bu dünya qoca dünyadır
Bizləri qocaldır, özü cavandır

Sanma ki, bu dünya bizim, ya sizin
Elə yaşa ki, həyatda qalsın izin
Bu dünyada kimi kef eyləyir
O dünyada sürünür dizin-dizin

Olma zülmkar, etmə zülm
Dünya tamahına sən tuş gəlmə
Hər kəsə də söyləmə, ey gülüm
Bu dünya asan deyil, asan bilmə

Kim deyir: “Dünya mənim
Dünya sənin, dünya heç kimin”
Olmayacaqdır bu dünya heç kimin, bunu bilin
Bu dünya heç kimə qalmayacaqdır

[Keçid]
Fırlanır bu dünya, dönsün bu gərdiş
İdrakın önündə an əyilməsin
Fırlanır bu dünya, insan ölməmiş
Dünyadan dünyaya keçə bilməsin

[Nəqərat]
Bu dünyadan alimlər də baş açmayır
Bu dünya hey fırlanır, vədə almayır
Sultanlara da dünya, əfsus, qalmayır
Bu dünya heç kimə, heç kəsə qalmayır

Bu dünyadan alimlər də baş açmayır
Bu dünya hey fırlanır, vədə almayır
Sultanlara da dünya, əfsus, qalmayır
Bu dünya heç kimə, heç kəsə qalmayır

Bu dünya heç kimə, heç kəsə qalmayır

Bu dünyadan alimlər də baş açmayır
Bu dünya hey fırlanır, vədə almayır
Sultanlara da dünya, əfsus, qalmayır
Bu dünya heç kimə, heç kəsə qalmayır

Bu dünyadan alimlər də baş açmayır
Bu dünya hey fırlanır, vədə almayır
Sultanlara da dünya, əfsus, qalmayır
Bu dünya heç kimə, heç kəsə qalmayır

Dünya Q&A

Who wrote Dünya's ?

Dünya was written by Teymur Namə & Bəxtiyar Vahabzadə.

When did Gulyanaq-mmmdova release Dünya?

Gulyanaq-mmmdova released Dünya on Wed Oct 15 2025.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com