[Bənd 1]
Ürək də üşüyərmi?
Üşüyər, yaralansa
Məhəbbət paralansa
Ürəyimdə üşütmə
Sən dərdimi eşitmə
De, kim eşitsin?
De, kim eşitsin?
[Bənd 2]
Ürək də oxuyarmı?
Oxuyar, eşqə düşsə
Həsrətlilər görüşsə
Ürəyimdə nəğmə var
Sən nəğməmi eşitmə
De, kim eşitsin?
De, kim eşitsin?
[Bənd 3]
Ürək də çığırarmı?
Çığırar, o qalsa tək
Tapmasa imdad, kömək
Ürəyim haray çəkir
Sən də onu eşitmə
De, kim eşitsin?
De, kim eşitsin?
De, Kim Eşitsin was written by Eldar Mansurov & Teymur Elçin.
Eldar Mansurov released De, Kim Eşitsin on Tue Jul 06 2021.