[Giriş]
Əs, əs
Dəli küləyim
Əs, əs
[Bənd 1]
Aylar ilə döndü
Tək diləyim, niyə dönmədin?
Mənim bu halımı
Nə çəkdiklərimi gəlib görmədin
İndi şahidim ol, dəli küləyim
Bəlkə, təsəlli tapar sənlə ürəyim
Amma onu sevirəm axı, neyləyim?
Öyrət ona, sən öyrət sevməyi
[Nəqərat]
Əs, əs, dəli küləyim
De, söylə, neyləyim?
Mən ona sevgimi necə söyləyim?
Əs, əs, dəli küləyim
Ol mənim köməyim
De ona sevgimi, yandı ürəyim
[Bənd 2]
Əzbərə bilinən qaydalar belə
Pozulur mühit rahatlaşanda
Münasibətləri qorumur heç nə
İki doğma insan yadlaşanda
Baxaq görək, kim daha da sərt?!
Kim daha acıdil, kim daha düz?!
Bu qalmaqallar dənizində
Mən “bizsizlik”i üzəcəm, sən məni üz
Dördbucaq üstünə üçbucaq
İndi sadə fiqurların kəsişməsi
Sənin kimi məni də məyus edir
Tanıdığım insanın bu qədər dəyişməsi
Kiçicik səhvlər var ki, böyükdür
Bəzi böyük düzlər isə heçdir
Yaşanılan səhifələri daha qurdalama
Bu, bir külək idi, əsdi və keçdi
[Keçid]
İndi şahidim ol, dəli küləyim
Bəlkə, təsəlli tapar sənlə ürəyim
Amma onu sevirəm axı, neyləyim?
Öyrət ona, sən öyrət sevməyi
[Nəqərat]
Əs, əs, dəli küləyim
De, söylə, neyləyim?
Mən ona sevgimi necə söyləyim?
Əs, əs, dəli küləyim
Ol mənim köməyim
De ona sevgimi, yandı ürəyim
Əs, əs, dəli küləyim
De, söylə, neyləyim?
Mən ona sevgimi necə söyləyim?
Əs, əs, dəli küləyim
Ol mənim köməyim
De ona sevgimi, yandı ürəyim
Əs
Dəli Küləyim was written by Muxtar Abseynov & PRoMete.
PRoMete released Dəli Küləyim on Mon Aug 25 2025.