[Bənd 1]
Ölkəm qədər qırğınam
Kölgəm qədər kədərli
Nə çöldə çölçü oldum
Nə şəhərdə şəhərli
Ölkəm qədər qırğınam
Kölgəm qədər kədərli
Nə çöldə çölçü oldum
Nə şəhərdə şəhərli
[Nəqərat]
Nəfəsim yanğın yeri
Qəlbim paramparçadır
İçimdə üsyanlarım
Çəkilmiş tapançadır
Nəfəsim yanğın yeri
Qəlbim paramparçadır
İçimdə üsyanlarım
Çəkilmiş tapançadır
[Bənd 2]
Min nalədən qurulmuş
Bu taxt-tac viran olsa
Tanrıya məktubum var
Alıb aparan olsa...
Öfkəm qədər doluyam
Ölkəm qədər yıxılmış
Hirsim ovuclarımda
Süngü kimi sıxılmış
[Keçid]
Bir yalanın hökmünə
Bütün yalanlar haqlı
Nə sevdalar yaşanır
Zindanlarda yasaqlı
Bir yalanın hökmünə
Bütün yalanlar haqlı
Nə sevdalar yaşanır
Zindanlarda yasaqlı
[Nəqərat]
Nəfəsim yanğın yeri
Qəlbim paramparçadır
İçimdə üsyanlarım
Çəkilmiş tapançadır
Nəfəsim yanğın yeri
Qəlbim paramparçadır
İçimdə üsyanlarım
Çəkilmiş tapançadır
Çəkilmiş Tapança was written by Hatəm Nəbioğlu & Səadət Cahangir.
Hatəm Nəbioğlu released Çəkilmiş Tapança on Wed Apr 14 2021.