[Bənd 1]
Günəş dənizin içindədir
Düşür üzümə kölgəm
Neynirəm Günəşin işığını?
Gecəyarı özün gəl
Bir cümlə sən, bir cümlə mən
Keçmişi götür, sən özünlə gəl
Oturub bu gecə özümlə tək
Hələ gecə uzun, gəl...
[Keçid]
Mən hərdən düşünmədən
Verib qərar bir anda yanlış
Hisslər uzun zamandır ki
Hüzur qazanmadan uzaqda qalmış
İndi iki insan var
Köhnəlmiş nağıla inanmış
Cəhənnətdə qalan sevginin
Bir yarısı donmuş, bir yarısı yanmış
[Nəqərat]
Biz ayrı dünyaların iki ünvansız tanışı
Xəyalım qaldı yarım, indi yalnızlıq danışır
Qalıb dönmələrə də daha gec
Bunu hər cürə yoxlamışıq
Bizim yolumuz çox qarışıq
Biz küsmüşük, ulduzlar barışıb
Biz ayrı dünyaların iki ünvansız tanışı
Xəyalım qaldı yarım, indi yalnızlıq danışır
Qalıb dönmələrə də daha gec
Bunu hər cürə yoxlamışıq
Bizim yolumuz çox qarışıq
Biz küsmüşük, ulduzlar barışıb
[Bənd 2]
Dönüb bir anda getsən
Dönməz dünya, dayanar
Hər şey bir anda bitsə
İnanmıram, bu səfər dayanım
Bir cümlə sən, bir cümlə mən
Keçmişi götür, sən özünlə gəl
Oturub bu gecə özümlə tək
Hələ gecə uzun, gəl...
[Keçid]
Mən hərdən düşünmədən
Verib qərar bir anda yanlış
Hisslər uzun zamandır ki
Hüzur qazanmadan uzaqda qalmış
İndi iki insan var
Köhnəlmiş nağıla inanmış
Cəhənnətdə qalan sevginin
Bir yarısı donmuş, bir yarısı yanmış
[Nəqərat]
Biz ayrı dünyaların iki ünvansız tanışı
Xəyalım qaldı yarım, indi yalnızlıq danışır
Qalıb dönmələrə də daha gec
Bunu hər cürə yoxlamışıq
Bizim yolumuz çox qarışıq
Biz küsmüşük, ulduzlar barışıb
Biz ayrı dünyaların iki ünvansız tanışı
Xəyalım qaldı yarım, indi yalnızlıq danışır
Qalıb dönmələrə də daha gec
Bunu hər cürə yoxlamışıq
Bizim yolumuz çox qarışıq
Biz küsmüşük, ulduzlar barışıb