[Nəqarət]
Səhər açılar
Günəş otağımda
Sevgi dodağımda
Səhər açılar
Həyatım nağıllar
Biri yox, biri var
Səhər açılar
Günəş otağımda
Sevgi dodağımda
Səhər açılar
Həyatım nağıllar
Biri yox, biri var
[Bənd 1]
Yığ çamadanları, zəng gözlə
Sənin hədiyyə elədiyin ən gözəl
Paltarları yığıb gəlirəm
Bir sözlə, bilet almışam sənə, həm özümə
Buludları seyr edərik uçaqdan
Yerə enənə qədər məni qucaqla
İsit məni qəlbindəki ocaqla
Tək sənsən suallarıma cavab
Onsuz sonu bilinmir
Bilinməsin yerimiz
Həyatımız elə gətirib ki
İndi sanki biz baş rolunda filmin
Sanki biz baş rolunda filmin
[Keçid]
Fərqi yoxdur hara aparır yollar
Olsa da cibimizdə bir dollar
Mənə sən lazım, nə olar, olar
Tək sən lazım, nə olar, olar
[Nəqarət]
Səhər açılar
Günəş otağımda
Sevgi dodağımda
Səhər açılar
Həyatım nağıllar
Biri yox, biri var
Səhər açılar
Günəş otağımda
Sevgi dodağımda
Səhər açılar
Həyatım nağıllar
Biri yox, biri var
[Bənd 2]
Gün batımını seyr etməyə biz çıxarıq
Ən hündür təpələr var
Bax onlardan da yuxarı
Bu dünyanı sən varsan deyə sevirəm
Bu dünyanı sən varsan deyə sevirəm
Sahilə uzanıb ləpələrə baxarıq
Bizi aparar uzaqlara bu ləpələrin axarı
Bu dünyanı sən varsan deyə sevirəm
Bu dünyanı sən varsan deyə sevirəm
Gecə ulduzlar bizə uduzar
Gözəlliyimizə tab gətirə bilməz, hamısı susar
Hamısı uzaq bizdən, hamısı uzaq
Mən həqiqətən inanıram sən osan
[Keçid]
Fərqi yoxdur hara aparır yollar
Olsa da cibimizdə bir dollar
Mənə sən lazım, nə olar, olar
Tək sən lazım, nə olar, olar
[Nəqarət]
Səhər açılar
Günəş otağımda
Sevgi dodağımda
Səhər açılar
Həyatım nağıllar
Biri yox, biri var
Səhər açılar
Günəş otağımda
Sevgi dodağımda
Səhər açılar
Həyatım nağıllar
Biri yox, biri var
Biri Yox, Biri Var was written by Clavis On The Track & OD [AZ].
Biri Yox, Biri Var was produced by OD [AZ] & Clavis On The Track.
Samra [AZ] released Biri Yox, Biri Var on Sat Jan 09 2021.