[Nəqərat]
Həyatımı qurmuşam uçurumda
Yıxılıb düşən əlbət bir adam var
Dayanmışam hədəfin bir ucunda
Zirvəyə çatmağa bir addım var
Tək gedirəm bu yolu, yol uzun daha
Məni düşünən əlbət bir adam var
Bir üzüm yazdır, bir üzüm də bahar
Səni düşünən əlbət bir adam var
[Bənd 1]
Bir zaman bir mələk varmış
Uçub-uçub göylərə dalmış
Qanadını sındırıb yaradanım
Söküb onun qəlbini almış
Dünyamız bir olsun deyə
Quyuya çoxu qəpik atarmış
Hərənin öz payı və öz tayı
Su axıb öz yolunu taparmış
Zəhərli biridir o, sürünə bilir
Yolun yoxdur, ürəyini götür ona aç
Paltarını dəyişir o gününə birin
Kral edib qoymusunuz başına da tac
Bir bağın içində iki bağban
Qarınları tox, amma gözləri ac
Bağın sahibi baxır eyvandan
Sənin olmayanı yedinsə, gözləmə qaç
[Nəqərat]
Həyatımı qurmuşam uçurumda
Yıxılıb düşən əlbət bir adam var
Dayanmışam hədəfin bir ucunda
Zirvəyə çatmağa bir addım var
Tək gedirəm bu yolu, yol uzun daha
Məni düşünən əlbət bir adam var
Bir üzüm yazdır, bir üzüm də bahar
Səni düşünən əlbət bir adam var
[Bənd 2]
Açarı məndədir bu gün cənnətin
Götürmüşəm Adəmdən xəlvəti
Çox istədilər onu, mən vermədim
Gözlədim, gələrsən, amma gəlmədin
Gəlmişdim səni görüm, görmədim
Həyatımdakı yeganə sərvətim
Başqasının ümidini dər, gətir
Hamı dadacaq ayrılıq şərbətini
Üç tərəfim də bağlı bir küçədə
Başımın üstündə tək pəncərə
Hara qaçsam da, bilirəm görürsən
Atdığım hər addımı öncədən
Hədəfini iplə bağla, dart aşağı
Yolum ay işığıdır axşam çağı
Bulud gözlərindən yağış yağır
Deyə düşür yollarıma göy qurşağı
[Nəqərat]
Həyatımı qurmuşam uçurumda
Yıxılıb düşən əlbət bir adam var
Dayanmışam hədəfin bir ucunda
Zirvəyə çatmağa bir addım var
Tək gedirəm bu yolu, yol uzun daha
Məni düşünən əlbət bir adam var
Bir üzüm yazdır, bir üzüm də bahar
Səni düşünən əlbət bir adam var
Bir Adam Var was written by Yüzbək Zagirov & Noton.
Noton released Bir Adam Var on Thu May 21 2020.