[Instrumental intro]
[1-ci bənd: Jalə Kərimova]
Yadımda ötən günlər var
Onları mən heç vaxt silmirəm
Ömrümün neçə günü var?
Bilmirəm
Könlümdə neçə sual var
Cavabın bilsəm də, dinmirəm
Yuxusuz neçə gecəm var?
Bilmirəm
[Körpü: Lamiyə Kərimova]
Bu gecə məni yağan yağış oyadarmı? (Bilmirəm, bilmirəm)
Bu yağış ötən günlərimi qaytararmı?
Qaytararmı?
[Nəqarət: Jalə Kərimova, Lamiyə Kərimova]
Gecələr neçə ulduz axar bu göylərdə?
Sahili neçə dəfə öpər ləpədöyən?
Nə zaman gün işığı itər gözlərimdən?
Bilmirəm, bilmirəm, bilmirəm
[2-ci bənd: Lamiyə Kərimova]
Qəlbimdə bircə arzum var
Arzumu heç kimlə bölmürəm
Ömrümdə bircə yolum var
Amma görmürəm
Sevgisiz neçə insan var?
Sevgi qapını birdən döyər
Yuxusuz neçə gecəm var?
Amma kim bilər?
[Körpü: Jalə Kərimova]
Bu gecə məni yağan yağış oyadarmı? (Bilmirəm, bilmirəm)
Bu yağış ötən günlərimi qaytararmı?
Qaytararmı?
[Nəqarət: Jalə Kərimova, Lamiyə Kərimova]
Gecələr neçə ulduz axar bu göylərdə?
Sahili neçə dəfə öpər ləpədöyən?
Nə zaman gün işığı itər gözlərimdən?
Bilmirəm, bilmirəm, bilmirəm
Bilmirəm was written by .
Bilmirəm was produced by Rəşad Haşımov.