Bilməzdim by Miro (AZE)
Bilməzdim by Miro (AZE)

Bilməzdim

Miro (AZE)

The music player is only available for users with at least 1,000 points.

Download "Bilməzdim"

Bilməzdim by Miro (AZE)

Release Date
Mon Mar 24 2025
Performed by
Miro (AZE)
Produced by
SarkhanBeats
Writed by
Miro (AZE)

Bilməzdim Lyrics

[Bənd 1]
Baxıram, pəncərədə buxar
Ümid edirəm, o da darıxar
Məni yaradan, məni yaradan
Tapım onu mən axı haradan?

Oturub xəyalını qururam
Qalıram, fikirlərdə donuram
Başı bəladamı, başı bəladamı?
Tapım onu mən axı haradan?

[Keçid]
Birdəfəlik, nə olar
Yadına sal məni, o, mənə bəs edər
Birdəfəlik, nə olar
Bu gecə zəng elə, o, mənə bəs edər
Birdəfəlik də olar
Üzünü son dəfə görüm uzaqdan
Necə darıxmadın bu qədər vaxta?
Səni, inan mənə, bu qədər saxta

[Nəqərat]
Bilməzdim
Bunu gözləməzdim ki səndən, ummazdım
Bu qədər yara, bu qədər ağrıya dözməzdim
Bilsəydim bütün yalanları, qalmazdım
Yanında olmazdım, mən sənə görə ölməzdim

Elə gedərdim, bir də sənə geri dönməzdim
Bütün ruhumu, bütün ömrümü verməzdim
Görüb öncədən bilsəm, inan ki, sevməzdim
Səni belə bilməzdim

[Bənd 2]
Gizlədirəm gecəni mən gözlərimə
Xəyallarım üzərimdə bulud olur
Öz-özümə dəli kimi hirslənirəm
Neçə dəfə deyim axı, unut onu?

O baxışın yara olub həyatıma
O yapışıb ürəyimə zəli kimi
Axı mənim düşən zaman o yadıma
Fırlanıram bu şəhəri dəli kimi

Düşünürəm, onun əsl adı nədir?
Axı qəlbim əlindədir
O, mənimlə birlikdədir
İtirəndə onu tapmaq əlimdədir
İzləməyə ərinmədim, buralarda bir yerdədir

O əslində bu sevgiyə layiq deyil
Bax ürəyim yenə: “Ona qayıt”, - deyir
Onun adı nədir? Onun adı - eşq
Adımız bir-birinə aid deyil

[Keçid]
Yadına sal məni, o, mənə bəs edər
Birdəfəlik, nə olar
Bu gecə zəng elə, o, mənə bəs edər
Birdəfəlik də olar
Üzünü son dəfə görüm uzaqdan
Necə darıxmadın bu qədər vaxta?
Səni, inan mənə, bu qədər saxta

[Nəqərat]
Bilməzdim
Bunu gözləməzdim ki səndən, ummazdım
Bu qədər yara, bu qədər ağrıya dözməzdim
Bilsəydim bütün yalanları, qalmazdım
Yanında olmazdım, mən sənə görə ölməzdim

Elə gedərdim, bir də sənə geri dönməzdim
Bütün ruhumu, bütün ömrümü verməzdim
Görüb öncədən bilsəm, inan ki, sevməzdim
Səni belə bilməzdim

Bilməzdim Q&A

Who wrote Bilməzdim's ?

Bilməzdim was written by Miro (AZE).

Who produced Bilməzdim's ?

Bilməzdim was produced by SarkhanBeats.

When did Miro (AZE) release Bilməzdim?

Miro (AZE) released Bilməzdim on Mon Mar 24 2025.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com