[Bənd 1]
Nəhayətsiz sahillərindəyəm
Səndən uzaq, yenə səninləyəm
Tək ürəyimdə min qəmimləyəm
Niyə gəldik, niyə getdik?
Bu kəlmələr sona bitdi
Ürəkdəki dərin yara
Səni arar, səndən umar
Və dayanar
[Nəqərat]
Mən anladım ki, səhnələr heç nə verməz
Mən nə varlı, nə də kasıb, bilmək olmaz
Həyatımız çox tez keçər
Birdən-birə köçər
Çılpaq gəlib, çılpaq gedəcəyəm
[Bənd 2]
Səpələnmiş təqvimlərindəyəm
Boz rəngində, həftə içindəyəm
Mən ölmədən ölmüş içimdə mən
Kör gözünə işıq saçan
Daş qəlbinə nəğmə qoşan
Ürəkdəki dərin yara
Səni arar, səndən umar
Və dayanar
[Nəqərat]
Mən anladım ki, səhnələr heç nə verməz
Mən nə varlı, nə də kasıb, bilmək olmaz
Həyatımız çox tez keçər
Birdən-birə köçər
Çılpaq gəlib, çılpaq gedəcəyəm
Mən anladım ki, səhnələr heç nə verməz
Mən nə varlı, nə də kasıb, bilmək olmaz
Həyatımız çox tez keçər
Birdən-birə köçər
Çılpaq gəlib, çılpaq gedəcəyəm
Bilmək Olmaz was written by Miri Yusif.
Miri Yusif released Bilmək Olmaz on Sat Feb 18 2017.