[Bənd 1]
Bu şəhər hər şeyi əlimdən alır
Sadəcə boşluq əlimdə qalır
Bu bədbəxtliyi gəlin əlimdən alın
Üstlərə yazılacaq dərində adım
Hələki heç nə eşitmədin
Bu belə gedəcək, sən deşiyinə gir
Qabağındakı deyil uşaq beşikdəki
Musiqinizdən leş iyi gəlir
Alıram qarşıma dünyaları
Arxamda ağlamağa gün qalmadı
Hələ zindadır qanad, risk almadım
Önünə gələnə bir-bir isbatladı
Deyin, qar da əridi, amma iz qalmadı
Xəyallarını divara mismarladı
Yada salmadan ağlına pis vaxtları
Sildim materialist insanları
Qarşıda görsənir sonum, sonra da gözdən itir, ah!
Bir gün qarşıma çıxsa da, qorxmuram, sözlər iti, ah!
İçəridən ölüyük, çöldən güləriz görsənirik, ah!
Qaldırıb əlləri səmaya təkrarla sözlərini
[Nəqarət]
Gözləməyə davam
Addım-addım sənə tərəf gələcək uğur
Nə olsun ki, həyat hər gün sənə dayanmadan altdan-üstdən o zərbəni vurur
[Bənd 2]
Ötür musiqini qulaqlara
Yığcam tanı, yol uzaqlara
Göyqurşağı yox, pul ağ-qara
Çəkirlər səni ucuz günahlara
İnsanlar çevrilir ilanlara
Yaşayırıq heç nəyə inanmadan
Gözümlə görməsəm, inanmaram
Amma axtaran inam tapar
Varlığımı kiməsə dərd elədi
Düz yolda getdi, səhv elədi
Qəribədir ki, bu mənə sərf elədi
Mən tərzimi çevirdim dərs elədim
Ötür növbəti günə dəqiqələri
Görəcəm həvəsə yeni səhifələri
Yandıracam çıxıb səhnələri
Bağlanmadan gözlərimin pərdələri
[Nəqarət]
Gözləməyə davam
Addım-addım sənə tərəf gələcək uğur
Nə olsun ki, həyat hər gün sənə dayanmadan altdan-üstdən o zərbəni vurur
BGP was written by RIO (AZE).
BGP was produced by 25 (Producer).