[Bənd 1]
Bilmədim, uydum şu məcnun könlümün fəryadına
Eşqə dil verdim, bəladan başqa bir şey görmədim
Ruhi-məcruhum gözəllərdən vəfa bəklər yenə
Mən hənuz əsla cəfadan başqa bir şey görmədim
Başqa bir şey görmədim, görmədim
Başqa bir şey görmədim
[Nəqərat]
Görmədim əsla dikənsiz gül, qaranlıqsız işıq
Hər vüsalı daima təqib edər bir ayrılıq
Söyləyirlər: “Daimi zevqi-səadət var”, yazıq!
Seyr edib boş iddiadan başqa bir şey görmədim
Başqa bir şey görmədim, görmədim
Görmədim, başqa bir şey görmədim
[Bənd 2]
Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir
Hər səadət ruhu oxşar pək sönük bir şölədir
Bəlkə var səhvim? Fəqət gördüklərim həp böylədir
Görmədim əsla, bəladan başqa bir şey görmədim
Başqa bir şey görmədim, görmədim
Başqa bir şey görmədim
Başqa bir şey, başqa bir şey görmədim
[Nəqərat]
Görmədim əsla dikənsiz gül, qaranlıqsız işıq
Hər vüsalı daima təqib edər bir ayrılıq
Söyləyirlər: “Daimi zevqi-səadət var”, yazıq!
Seyr edib boş iddiadan başqa bir şey görmədim
Başqa bir şey görmədim, görmədim
Görmədim əsla dikənsiz gül, qaranlıqsız işıq
Hər vüsalı daima təqib edər bir ayrılıq
Söyləyirlər: “Daimi zevqi-səadət var”, yazıq!
Seyr edib boş iddiadan başqa bir şey görmədim
Başqa bir şey görmədim, görmədim
Görmədim, başqa bir şey görmədim
Başqa Bir Şey Görmədim was written by Tünzalə & Hüseyn Cavid.
Tünzalə released Başqa Bir Şey Görmədim on Fri Dec 16 2016.