Başı Bəlalı Sevgilim by Ədalət Şükürov
Başı Bəlalı Sevgilim by Ədalət Şükürov

Başı Bəlalı Sevgilim

Ədalət Şükürov * Track #5 On 10 İl 10 Mahnı

The music player is only available for users with at least 1,000 points.

Başı Bəlalı Sevgilim Lyrics

[Giriş]
Sən mənim gözlərimə bax
Gözlərimdə axtarıb taparsan sevgiyə cavab
Bəlkə də, başa düşərsən sən

[Bənd 1]
Saçlarımın düzümünü pozan küləklər
Xəyalımdan keçənləri duyan ürəklər
Xoş arzular, saf duyğular, təmiz diləklər
Sənə olan məhəbbətimdir

Tənha keçən günlərimin xəyalı sevgim
İndi düşüb qismətimdən aralı sevgim
Gəl, ey mənim intizarım, bəlalı sevgim
Sənsiz qalmaq yaman çətindir

[Nəqərat]
Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

[Bənd 2]
Hər görüşün xatirəsi sıxar qəlbimi
Çəkilməyən dəqiqələr alar səbrimi
Bir alovun dillərindən alır şam kimi
Yanıb gedən sədaqətimdir

Duya bilməz bu sevdanı həsrət çəkməyən
Bir həyatı viran edib uzaqlaşma sən
Nəyim varsa, bu sevdaya bağışlayım mən
Sənin eşqin, səadətindir

[Nəqərat]
Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

Hər sözümün, hər fikrimin özüsən
Niyə bilmək istəmirsən düzü sən?
İstəyirsən, həyatından mən gedim
Mənim başı bəlalı sevgim

[Çıxış]
Sən mənim gözlərimə bax
Gözlərimdə axtarıb taparsan sevgiyə cavab
Bəlkə də başa düşərsən sən

Sən mənim gözlərimə bax
Gözlərimdə axtarıb taparsan sevgiyə cavab
Bəlkə də başa düşərsən sən

Başı Bəlalı Sevgilim Q&A

Who wrote Başı Bəlalı Sevgilim's ?

Başı Bəlalı Sevgilim was written by İkram Əliyev.

Your Gateway to High-Quality MP3, FLAC and Lyrics
DownloadMP3FLAC.com