Anar Nağılbaz
Anar Nağılbaz
Anar Nağılbaz
Anar Nağılbaz
Anar Nağılbaz
Anar Nağılbaz
Anar Nağılbaz
Anar Nağılbaz
Anar Nağılbaz
Anar Nağılbaz
Anar Nağılbaz
Anar Nağılbaz
[Giriş]
Bakı, əziz diyar
Qoynunda ən xoş, ən xoş arzularım var
Bakı, doğma vətən
Səndən ayrı bir gün yaşamaram
Yaşamaram şən
[Bənd 1]
Bir Bakı gecəsi
Bir ayrı axşam
Bir ayrı gözəllik
Bir ayrı axşam
Hər yanda sükut var
Hər sükutda səs
Bu səslərdir verən
Şeirimə, şeirimə, şeirimə həvəs
Bir Bakı gecəsi
Bir ayrı axşam
Bir ayrı gözəllik
Bir ayrı axşam
Hər yanda sükut var
Hər sükutda səs
Bu səslərdir verən
Şeirimə, şeirimə, şeirimə həvəs
[Nəqərat]
Bakı, əziz diyar
Qoynunda ən xoş arzularım, arzularım var
Bakı, doğma vətən
Səndən ayrı bir gün yaşamaram
Yaşamaram şən
[Bənd 2]
Qaranlıq düşübdür
Gözəl bir axşam
Bakıda nə yaman, nə yaman
Gözəldir axşam
Dalğalar çırpınır
Sahil boyunca
Dalğalar həm kiçik
Həm uca
Bir Bakı gecəsi
Bir ayrı axşam
Bir ayrı gözəllik
Bir ayrı axşam
Hər yanda sükut var
Hər sükutda səs
Bu səslərdir verən
Şeirimə, şeirimə, şeirimə həvəs
[Nəqərat]
Bakı, əziz diyar
Qoynunda ən xoş arzularım, arzularım var
Bakı, doğma vətən
Səndən ayrı bir gün yaşamaram
Yaşamaram şən
[Bənd 3]
“Həyat beş günlükdür” el məsəli var
Gərəkdir hər günün düz yaşayasan
İgidlik o olar, hünər o olar
Bu beş gün ərzində yüz yaşayasan
Qarabağ gözüdür, gözü vətənin
Yayılıb dünyaya sözü vətənin
Qılınc da, qalxan da özü vətənin
Düşmən ürəyinə dərd salıb gedir
Kəsilməz qonağın ayağı bizdən
Dadmamış getməzlər çörəyimizdən
Tanrı sanki açıb çiçəyi bizdən
Bura xəstə gələn sağalıb gedir
Çarmıxa çəkiblər fikirlərimi
Yuxumsa od almış Kərəm bu gecə
Taleyin atını yəhərləmişəm
Bəs hara çapacaq, görən, bu gecə?
Dünya bir beşikdir, nəğməli, neyli
Nədəndir həyatdan qəlbim gileyli
Məcnuna dönmüşəm, Bakıdır Leylim
Dilimin əzbəri surəm bu gecə
[Nəqərat]
Bakı, əziz diyar
Qoynunda ən xoş arzularım var
Bakı, doğma vətən
Səndən ayrı bir gün yaşamaram
Bakı, əziz diyar
Qoynunda ən xoş arzularım, arzularım var
Bakı, doğma vətən
Səndən ayrı bir gün yaşamaram
Yaşamaram şən
[Çıxış]
Bakı, əziz diyar
Qoynunda ən xoş, ən xoş arzularım var
Bakı, doğma vətən
Bakı was written by Anar Nağılbaz.