[Bənd 1]
Əlimdə qan var, vəziyyət daha pisdir
Beyin də suallarla dolu, özündən cavab istəyir
İçimdə qisas hissi bağırır: ‘’Daha bəsdir’’
Mən özüm şeytana təslim, qəlbim Allahı istəyir
Amma çox gecdir, indi nə gəlir əldən?
Zaman da çox keçdi, almısansa zəhəri məndən
Nə qədər yol getdik, açmadın ki səhəri mənlə
Çarəsiz baxışlarda, deyəsən, verdim ümidi əldən
Önümdə qaranlıq, vəhilər bir anlıq
Nə qədər yol getdik, nə qədər dayandıq
Yarısı axmaqlıq, yarısı cavanlıq
Eşqdən məsti-xumar, sevgidən piyandıq
Əfv eləməz tövbələrim
İçimə sığmır vicdan, çölümə kölgələrim
Gözləri kölgələdim dönəndə döngələri
Dünya, bəlkə, özü də günahlarla dövr elədi
[Nəqərat]
Dön keçmişə boylan bax
Gör neçə dənə dostun qalıb?
Dön keçmişə boylan bax
Səni sevənlər bəs indi de hanı?
Dön keçmişə boylan bax
Ucuz adamlar var kostyumu bahalı
Dön keçmişə boylan bax
Zaman bağışlamır, hər kəsi alır
Dön keçmişə boylan bax
Gör neçə dənə dostun qalıb?
Dön keçmişə boylan bax
Səni sevənlər bəs indi de hanı?
Dön keçmişə boylan bax
Ucuz adamlar var kostyumu bahalı
Dön keçmişə boylan bax
Zaman bağışlamır, hər kəsi alır
[Bənd 2]
Həyatım səhralıqdır, çöl boyu səni axtaracam
Sevginə möhtac, bilirəm, susuz, ac qalacam
Bədənimi icarəyə götürüb ruhumu borc almışam
Tanrım, vaxt ver mənə, söz verirəm, qaytaracam
Hər kəs cənnətdən danışdıqca mən susuram
Üzüm gülür, amma içdən-içə qan qusuram
Xoşbəxtlik - bir içim su insanlar diləndikcə
Bir ovuc borc verirəm, içimdə isə yas tuturam
Çünki hər bir son - başlanğıcı yeni həyatın
Gedəcəyiniz ünvana yolüstü məni də atın
Deyirlər, artıq orada sən haqqında danışmırlar
Arılar milçəklərə qaynayıb-qarışmırlar
Qəfəsindən çıxıb da köç etdiyin yeni dünyada
Qopmayacaq tufan, basmayacaq daha sellər
Bir gün unudulacaq, yox olacaq karusellər
Bir də olmayacaq həyatımızda Aysellər
[Keçid]
Bu cahanda bu hüznlə yaşamaq özü bəladır
Bu yalanla, bu dolanla yaşamaq özü bəladır
Hər kimin dərdinə düşdüm bir dəfə həqqi demək çün
Amma həqq olmayan yerdə demək özü bəladır
Bu cahanda bu hüznlə yaşamaq özü bəladır
Bu yalanla, bu dolanla yaşamaq özü bəladır
Hər kimin dərdinə düşdüm bir dəfə həqqi demək çün
Amma həqq olmayan yerdə demək özü bəladır
[Nəqərat]
Dön keçmişə boylan bax
Gör neçə dənə dostun qalıb?
Dön keçmişə boylan bax
Səni sevənlər bəs indi de hanı?
Dön keçmişə boylan bax
Ucuz adamlar var kostyumu bahalı
Dön keçmişə boylan bax
Zaman bağışlamır, hər kəsi alır
Dön keçmişə boylan bax
Gör neçə dənə dostun qalıb?
Dön keçmişə boylan bax
Səni sevənlər bəs indi de hanı?
Dön keçmişə boylan bax
Ucuz adamlar var kostyumu bahalı
Dön keçmişə boylan bax
Zaman bağışlamır, hər kəsi alır
Bəladır was written by Yüzbək Zagirov & Mehdi Sadiq & Noton.
Mehdi Sadiq released Bəladır on Mon Nov 27 2023.